#Kəlbəcər

İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcər rayonundakı Bəxtiyar Cəfərov adına 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib. Nazir məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı təbrik edib. Tədbirdə işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası və Kəlbəcərdə yeni təhsil mühitinin formalaşması barədə məlumat verilib. Çıxışlarda bölgədə təhsil infrastrukturunun inkişafı xüsusi vurğulanıb. Sonda şagirdlərin hazırladığı bədii proqram təqdim olunub. Tədbir emosional və rəngarəng çıxışlarla başa çatıb. Yerli təhsil mühitində bu hadisənin xüsusi əhəmiyyət daşıdığı qeyd edilib. Nazir gələcək inkişaf üçün yeni layihələrin davam etdiriləcəyini bildirib.

Bildirilib ki, Kəlbəcər rayonunun Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər. Məlumata görə, müxtəlif bədən xəsarətləri alan Osmanov İlyas Coşqun oğluna dərhal ilk yardım göstərilib və o, yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub. Hərbi qulluqçunun vəziyyətinin stabil olduğu qeyd edilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 112 nəfər köçürülüb.

Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir. Şəhər Günü çərçivəsində tamaşa nümayişi, sərgilər, təsviri sənətlə bağlı ustad dərsləri, geniş konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.

Azad edilmiş ərazilərdə sənaye miqyaslı günəş və külək elektrik enerjisi stansiyalarının potensialının çox olduğu yerlər var. Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib. Onun sözlərinə görə, günəş enerjisi ilə bağlı Cəbrayıl və Zəngilan, külək enerjisi üzrə isə Laçın və Kəlbəcərdə ciddi potensial mövcuddur: "Bu istiqamətdə müvafiq işlər gedir. Ümumilikdə, sözügedən zonalarda elektrik enerjisi stansiyalarının yaxın zamanlarda istismara veriləcəyinin şahidi olacağıq. Artıq stansiyaların bir qisminin təməli qoyulub, bir qismində ölçmələr gedir, bir hissəsində isə bütün müqavilə bazası hazırdır.

Kasetli silah qurbanları" kasetli silahların tətbiq edilməsi nəticəsində öldürülən və ya cismani zədə alan, yaxud psixi sarsıntıya məruz qalan, iqtisadi zərərə düşən, sosial cəhətdən təcrid olunmuş və ya öz hüquqlarını reallaşdırmaqda əhəmiyyətli dərəcədə əziyyət çəkən bütün şəxslər nəzərdə tutulur. Bunlara kasetli silahların birbaşa təsirinə məruz qalanlar, ailə üzvləri və yaşadıqları icmalar daxildir.