Türkiyənin milli jet təyyarəsi HÜRJET, Ərzurumda sıfırın altında 21 dərəcəyə qədər düşən dondurucu soyuq və ağır qış şəraitində keçirilən yer və yüksək irtifa performans testi fəaliyyətlərini uğurla tamamlayıb. Türkiyə Müdafiə Sənayesi Başçılığı koordinasiyasında Türk Hava və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanmış HÜRJET-in iki prototipi testlər üçün Ərzuruma yönəldilmişdi.
#Müdafiə sənayesi strateji tərəfdaşlığı
Türkiyə, Müdafiə Sənayesi İcra Komitəsinin qərarları çərçivəsində Çelik Kubbe hava müdafiə sistemini inventarına əlavə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan layihənin uğurla həyata keçirildiyini və sistemin artıq istifadəyə verildiyini açıqlayıb. Ərdoğan bildirib ki, Müdafiə Sənayesi İcra Komitəsi çərçivəsində başlayan layihələrin nəticələri bir-bir toplanır və Çelik Kubbe də bu müvəffəqiyyətlərin nümunəsidir. Sistem, ölkənin strateji hava müdafiəsini gücləndirəcək və həm Türkiyənin, həm də müttəfiqlərinin təhlükəsizliyinə dəstək olacaq.
Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasimdə Polad Günbəzin təslimatı ilə yanaşı, ASELSAN-ın istehsal gücünü 40% artıracaq 14 yeni obyektin açılışı keçirilib. Ankaranın Oğulbey Texnologiya Bazasının təməlqoyma mərasimi də həmin tarixi gündə reallaşdırılıb. Təslimatın ümumi dəyəri 460 milyon dolları keçib. X platformasında yayılan məlumatlar, Polad Günbəzin Türkiyənin müdafiə qabiliyyətini yeni səviyyəyə qaldırdığını vurğulayır. Mərasim Bayraktar Akıncı PUA-ya inteqrasiya edilmiş ASELFLİR-600 Milli Kamera Sistemi ilə real vaxtda çəkilib.
Türkiyənin müdafiə sənayesi şirkəti "FNSS" və Səudiyyə Ərəbistanının "SAMI LAND" müdafiə sənayesi şirkəti arasında hərbi sənayenin lokallaşdırılmasını hədəfləyən çərçivə razılaşması imzalanıb.