#Səlib yürüşləri

Livanın dövlət xəbər agentliyinin məlumatına görə, İsrail hərbi aviasiyası və artilleriyası Nəbatiyə şəhəri yaxınlığında yerləşən tarixi Bofor qalası ətrafına zərbələr endirib. Səlib yürüşləri dövründə inşa edilmiş qala Livanın ən tanınmış tarixi abidələrindən biri hesab olunur və strateji mövqeyi ilə seçilir. İsrail-Livan sərhədindən təxminən 15 kilometr məsafədə yerləşən bu yüksəklik bölgənin böyük hissəsinə nəzarət imkanı verir. Son günlər Nəbatiyə ətrafında şiddətlənən döyüşlər fonunda tarixi irs obyektlərinin təhlükə altında qalması ilə bağlı narahatlıqlar da artır.

Birinci Səlib Yürüşü zamanı xüsusi olaraq qorxu yaymaq məqsədilə istifadə edilən "Tafurlar" adlı xristian hərbi birliyinin müsəlmanlara qarşı törətdiyi insanlıqdan kənar vəhşiliklər tarixin ən qaranlıq məqamı kimi yenidən gündəmə gəlib. Qərb mənbələrin "nadir hadisə" kimi qələmə verməyə çalışdığı bu qrupun əslində müharibə strategiyasının bir hissəsi olduğu iddia edilib.