Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçeli, Türkiyə Böyük Millət Məclisində keçirilən qrup iclasında çıxış edərək Şimali Kipr Türk Respublikasının Türkiyəyə birləşdirilməsinin vacibliyini vurğulayıb. MHP lideri çıxışında bildirib ki, federasiya təklifləri artıq mənasız və keçərsizdir. “Kipr Türkündür, Türkün öz vətənidir. Federasiya nəzəriyyələrinin və təkliflərinin keçərliyi, eləcə də gələcəyi qətiyyən yoxdur.”-deyə o bildirib.
#Türkiyə Böyük Millət Məclisi (TBMM)
Pakistan İslam Respublikasının Prezidenti Asif Zardari İslamabad şəhərində Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli görüşündə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Səadət Partiyasının sədri Mahmut Arıkan, DEVA Partiyasının sədri Ali Babacan və Gələcək Partiyasının sədri Əhməd Davudoğlunu qəbul edib.
1967 sərhədləri üzərində, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövləti qurulana qədər mübarizəmiz davam edəcək. Ərdoğan bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci dönəm 4-cü qanunvericilik ili açılış toplantısında səsləndirib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Numan Kurtulmuş, İsrailin işğalçılıq və genişlənmə siyasətinə toxunaraq bildirib ki, son zamanlarda Cənubi Kiprdə müəyyən hərbi bazalara dəstək verilməsi və hərbi texnika və sursatların ora göndərilməsi Türkiyə tərəfindən diqqətlə və həssaslıqla izlənilir. Kurtulmuş bu fikirləri Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Daxili İşlər Naziri Dursun Oğuz və ŞKTC-dən gəlmiş yerli idarəetmə nümayəndələrin qəbulunda səsləndirib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni və bolşevik dəstələrindən azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib. Bununla bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanıb.
Türkiyənin Səhiyyə naziri Kemal Memişoğlu, AK Partiya tərəfindən Canik Mədəniyyət Mərkəzində təşkil olunan “Türkiyə Əsri Görüşləri” proqramında çıxış edərək, ölkənin səhiyyə sahəsindəki nailiyyətlərini vurğulayıb.
“Terrorsuz Türkiyə” prosesi ölkənin inkişafına, şərq ilə qərb arasında ümumi zənginləşməyə və rifaha xidmət edəcək. Bu fikri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş səsləndirib. O bildirib ki, terror probleminin tamamilə aradan qaldırılması yalnız təhlükəsizlik tədbirləri ilə mümkün deyil. Bu, çoxşaxəli və hərtərəfli yanaşma tələb edən prosesdir. Kurtulmuş, həmçinin cəmiyyətin müxtəlif təbəqələrinin dinlənməsinin vacibliyini vurğulayıb, eyni zamanda sürətli addımların atılmasının da zəruriliyini qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, “Terrorsusuz Türkiyə” hədəfi ilə yaradılan Milli Dayanışma, Qardaşlıq və Demokratiya Komissiyasının iclasında çıxış edərək həm İsrailin hücumlarına münasibət bildirib, həm də komissiyanın məqsədlərini açıqlayıb.
HƏMAS, Türkiyənin Fələstin xalqına və Qəzza zolağına verdiyi dəstəyə görə minnətdarlığını ifadə edən bəyanat yayıb. Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən Qəzza sessiyasının yekunlarına dair açıqlama verən HƏMAS, Türkiyənin İsrailə qarşı ticarət əlaqələrini kəsməsi və hava məkanını bağlaması qərarını yüksək qiymətləndirib. TBMM sədri Numan Kurtulmuşun sədrliyi ilə keçirilən fövqəladə iclasda İsrailin Qəzzaya hücumları, Fələstin xalqına qarşı soyqırım və zülm siyasətləri müzakirə edilib. HƏMAS-ın bəyanatında Türkiyənin bu məsələdəki qəti mövqeyi və İsrailə qarşı tətbiq etdiyi sanksiyalar təqdir olunub. Xüsusilə, xarici işlər naziri Hakan Fidanın İsrailə ticarət əlaqələrinin kəsilməsi, limanların və hava məkanının bağlanması ilə bağlı açıqlamaları vurğulanıb.
TBMM sədri Numan Kurtulmuşun sədrliyi ilə toplanan fövqəladə iclasda nazir Hakan Fidan, İsrailin Qəzzada törətdiyi vəhşilikləri “bəşər tarixinin qaranlıq səhifəsi” kimi qiymətləndirib. Fidan, “İsrailin Fələstində, xüsusən Qəzzada ehtiyatsız hücumları davam edərsə, bu, təkcə fələstinlilərə deyil, bütün bölgəyə təsir edəcək,” – deyə bildirib. Nazir, Fələstinlilərin Qəzzadan deportasiyasını nəzərdə tutan planı qəbul etmədiklərini vurğulayaraq, “Kimin təklif etməsindən asılı olmayaraq, bu plan bizim üçün etibarsızdır,” – deyib. O, Türkiyənin İsraillə ticarəti tamamilə dayandırdığını, türk gəmilərinin İsrail limanlarına getməsinə və İsrail təyyarələrinin Türk hava məkanına daxil olmasına icazə verilmədiyini açıqlayıb.
TBMM sədri Numan Kurtulmuş iclasda çıxış edərək, İsrailin Qəzzada törətdiyi insanlığa qarşı cinayətləri pisləyib və dərhal atəşkəs tələb edib. Kurtulmuş, “İsrail Qəzzanı aclıq və qıtlığa məhkum edir. 70 minə yaxın insan qətlə yetirilib. Qəzzaya BMT qüvvələri göndərilməli, region yenidən qurulmalıdır,” – deyə bildirib. O, İsrailin soyqırım siyasətindən əl çəkənə qədər BMT də daxil olmaqla beynəlxalq təşkilatlara üzvlüyünün dayandırılmasını təklif edib.