#Maliyyələşdirmə

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “White Hill Capital” vençur fondu arasında Azərbaycanda yeni vençur maliyyələşmə şirkətinin təsis edilməsi məqsədilə Təsis Müqaviləsi imzalanıb. “White Hill Capital” Mərkəzi Avrasiya regionunda vençur kapital yatırımları ilə onlarla startapın miqyaslanaraq böyüməsində əhəmiyyətli rol oynayıb. “INMerge” İnnovasiya Sammiti çərçivəsində əldə edilən razılaşma əsasında fondun Azərbaycandakı fəaliyyətinin genişlənməsi dəstəklənəcək.

2025-ci ilin ikinci rübündə Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artım göstərib. Bu göstərici ilə fasiləsiz iqtisadi artım 20-ci rübə daşınıb. Tikinti sektoru ilin ikinci rübündə ən yüksək artım tempini nümayiş etdirərək 10,9 faiz böyüyüb. İnformasiya və kommunikasiya sahəsində 7,1 faiz, sənaye sektorunda isə 6,1 faiz artım qeydə alınıb. Ticarət, nəqliyyat, turizm və iaşə xidmətləri 5,6 faiz, peşə, inzibati və dəstək xidmətləri isə 5,4 faiz yüksəlib. Maliyyə və sığorta fəaliyyəti ilə daşınmaz əmlak sektoru ayrı-ayrılıqda 2,6 faiz artım nümayiş etdirib. Digər xidmət sahələrində isə bu göstərici 2,1 faiz olub. Məhsul üzərində vergilər – subsidiyalar fərqində 3,0 faiz artım qeydə alınıb.