#BMT və İsrail

Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İndoneziya, Pakistan, Misir və Türkiyənin xarici işlər nazirləri İsrailin işğal altındakı İordan çayının qərb sahilində torpaqları “dövlət torpağı” elan etməsi ilə bağlı qərarını kəskin şəkildə pisləyiblər. Nazirlər, həmçinin 1967-ci ildən bəri ilk dəfə olaraq işğal altındakı geniş ərazilərdə torpaq mülkiyyətinin qeydiyyatı və rəsmiləşdirilməsi prosedurlarının təsdiqlənməsini də qınayıblar. Birgə bəyanatda bu addımların qeyri-qanuni məskunlaşma fəaliyyətini sürətləndirməyə, torpaq müsadirəsinə, İsrailin faktiki nəzarətini möhkəmləndirməyə və işğal altındakı Fələstin ərazilərində qanunsuz suverenlik tətbiqinə yönəlmiş “təhlükəli eskalasiya” olduğu bildirilib.

İsrailin Fələstində jurnalistlərin öldürülməsinə görə heç vaxt məsuliyyətə cəlb edilmədiyi, bunun isə 20 ildən çox davam etdiyi bildirilib. AzerVoice xəbər verir ki, bu barədə BMT-nin ifadə və fikir azadlığı üzrə xüsusi məruzəçisi İrene Xan Cenevrədə keçirdiyi mətbuat konfransında açıqlama verib. Xan çıxışında qeyd edib ki, İsrailin cəzasız qalması özbaşınalıq mühiti yaradıb və nəticədə “həqiqəti yerindəcə ortaya qoymağa cəsarət edənləri məhv etmək üçün İsrail əsgərləri istədiklərini edə bilirlər”.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Fələstin probleminin iki dövlətli həllinə dair mühüm qətnamə qəbul edib. Qətnamə, İsrail və Fələstin arasında davam edən münaqişəyə son qoymaq və bölgədə sabitliyi təmin etmək məqsədi daşıyır. Azərbaycan bu tarixi sənədə lehinə səs verən 142 ölkə arasında yer alaraq, beynəlxalq hüququn və ədalətli həll yolunun tərəfində olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da qətnaməni dəstəkləyib.

İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi, Avropa üçlüyü (E3) — Fransa, Almaniya və Böyük Britaniyanın ABŞ və İsrailin son hərbi təcavüzünü görməzdən gəlməsini “məsuliyyətsiz və əsassız yanaşma” adlandırıb. O, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində xalqının hüquqlarını və maraqlarını qorumaq öhdəliyini vurğulayıb və BMT-dən, eləcə də üzv dövlətlərdən İranın dinc nüvə obyektlərinə qarşı qanunsuz hücumları qəti şəkildə pisləmələrini tələb edib.

BMT Təhlükəsizlik Şurasında İsrailin Qətərdə HƏMAS nümayəndə heyətinə endirdiyi hava zərbələri müzakirə olunarkən Pakistan və İsrail nümayəndələri arasında kəskin söz dueli yaşanıb. İsrailin BMT-dəki daimi nümayəndəsi Danny Danon çıxışında Dohadakı hücumu ABŞ-ın Əl-Qaidə lideri Usamə bin Ladenə qarşı keçirdiyi əməliyyatla müqayisə edərək müdafiə edib.

İsrailin BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinə (UNIFIL) hücumunun beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxuma olduğunu bildirən Livan Prezidenti Cozef Avn, bu hücumu qınayıb. Livan Prezidentliyindən yayılan yazılı açıqlamaya görə, Avn, İsrailin UNIFIL üzvlərinə Livanın cənubundakı vəzifələri zamanı hücumundan sonra UNIFIL Missiyasının rəhbəri və komandiri Diodato Abagnara ilə telefonla danışıb. Görüşdə Avn, Diodatoya İsrail ordusunun UNIFIL-ə qarşı hücumunu qınadığını bildirib. Livanın cənubundakı İsrail işğalının sona çatdırılması və Livanlı məhbusların qaytarılması ilə bağlı beynəlxalq çağırışları və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini xatırladan Avn, İsrailin bu çağırışları görməzlikdən gəldiyini və beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxumağa davam etdiyini vurğulayıb.