#Humanitar fəlakət Qəzza

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan və Misirin Xarici İşlər naziri Bədir Əbdülati, Misirdə keçirdikləri görüşdən sonra birgə mətbuat konfransı təşkil ediblər. Görüşdə bölgə məsələləri, xüsusilə Suriya və Fələstindəki vəziyyət əsas gündəm mövzuları olub. Nazir Əbdülati çıxışında bildirib ki, Misir və Türkiyə Suriyanın ərazi bütövlüyünə və bütünlüyünə dəstək verir, eyni zamanda heç kimi istisna etməyən daxili siyasi həllin vacibliyi mövzusunda razılığa gəliblər.

İsrailin davam edən hücumları və tətbiq etdiyi blokada səbəbindən aclığın hökm sürdüyü Qəzza zolağında son 24 saat ərzində daha 11 fələstinlinin aclıqdan həyatını itirdiyi bildirilib. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yaydığı yazılı bəyanatda İsrailin hücumları nəticəsində son 24 saatda 39 fələstinlinin həlak olduğu, 491 nəfərin isə yaralandığı qeyd olunub. Nazirlik, 19 yanvarda əldə edilmiş atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirilən hücumlar zamanı 9 min 862 fələstinlinin həyatını itirdiyini, 40 min 809 mülki şəxsin isə yaralandığını bildirib.

Səudiyyə Ərəbistanı İsrailin Qəzzanın işğal edilməsi ilə bağlı qərarını pisləyib. Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb. Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını (BMT TŞ) İsrailin işğalçı fəaliyyətlərini dərhal dayandırmağa çağırıb.

Sosial media hesabında açıqlama yayan Yılmaz, planın konkret bir müqavimət təşkilatına qarşı deyil, bütövlükdə Fələstin xalqına yönəldiyini vurğulayıb. O, İsrailin mülki əhalini, o cümlədən uşaqları hədəf almasının qanunlara və bütün humanitar dəyərlərə zidd olduğunu, atəşkəsdən yayındığını, yardımlara mane olduğunu və iki dövlətli həll yolunu məhv etdiyini qeyd edib.

İsrailin hücumları və blokadası səbəbindən aclıq yaşanan Qəzza zolağında son 24 saat ərzində 2-si uşaq olmaqla 4 fələstinlinin daha aclıqdan həyatını itirdiyi, aclıq səbəbilə ölənlərin sayının 201-ə çatdığı bildirilib. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş “X” hesabında etdiyi paylaşımda, Qəzzada aclıqdan həyatını itirənlərlə bağlı məlumat verib. “Aclıq səbəbilə ölümlər Qəzzada davam edir”, – deyən əl-Burş, son 24 saatda 2-si uşaq olmaqla 4 fələstinlinin daha aclıq və qeyri-kafi qidalanma səbəbilə həyatını itirdiyini bildirib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, İsrailin Qəzzanı tamamilə işğal etməyə yönələn planını kəskin şəkildə pisləyib. O, bu planı həm beynəlxalq hüququn, həm də insanlığın ayaqlar altına alınması kimi qiymətləndirib. "Sionist terror dövləti İsrailin sözde ‘Təhlükəsizlik Kabineti’ tərəfindən təsdiqlənən, Qəzzanın tamamilə işğalına yönəlmiş qanlı plan — təkcə beynəlxalq hüququ deyil, həm də insanlığı açıq şəkildə ayaqlar altına alan qaranlıq bir addımdır."

Qətərdə fəaliyyət göstərən Əl-Cəzirə xəbər kanalına danışan Qəzzalılar, artıq “işğal üçün yer qalmadığını” bildirərək, yaşadıqları ağır şəraitə diqqət çəkiblər. “İşğal etməyə yer qalmayıb. Onsuz da hər gün 100-150 insan həyatını itirir. Qəzzanın demək olar ki, hamısı qərb hissəsi ilə məhdudlaşıb. Xalq üçün işğalın olub-olmaması artıq fərq etmir.” - deyə Qəzzanın şərqində yaşayan Mahmud əl-Quraşli vəziyyəti belə ifadə edib.

İsrail ordusunun hücumlarını davam etdirdiyi, blokada altında saxladığı Qəzza zolağında yardım gözləyənlərin də aralarında olduğu 6 fələstinli həlak olub, çox sayda insan yaralanıb.Xəstəxana mənbələri və hadisə şahidlərindən aldığı məlumata görə, İsrail ordusu Qəzza zolağında həm mülki evləri, həm də yardım almaq üçün toplaşan fələstinliləri hədəfə alıb.İsrail əsgərlərinin, Qəzza zolağının mərkəzində yerləşən Netzarim kəsişməsi yaxınlığında qurulan guya ABŞ tərəfindən təşkil edilən yardım paylama mərkəzinin ətrafında gözləyən fələstinlilərə atəş açması nəticəsində 3 nəfər əlak olub.

İngiltərə, İsrail Təhlükəsizlik Kabinetinin "Qəzza şəhərinin" işğalını təsdiqləmə qərarının yanlış olduğunu bildirərək, bu qərarın dərhal yenidən nəzərdən keçirilməsi çağırışı edib.İngiltərənin Baş naziri Keir Starmer, İsrail Təhlükəsizlik Kabinetinin Qəzza Zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalını nəzərdə tutan yeni planı təsdiqləməsinə dair yazılı açıqlama verib.

Təhlükəsizlik Kabinetinin baş nazir Benyamin Netanyahunun rəhbərliyi altında Qəzza şəhərinin işğal planını təsdiqləməsi Qəzza zolağının şimalında yaşayan təxminən 1 milyon fələstinlinin məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olacaq. Hazırda 2,3 milyon fələstinli isə zolağın mərkəzi hissəsində dar və infrastrukturdan məhrum bir ərazidə məskunlaşmağa məcburdur.

Avstraliyanın xarici işlər naziri Penny Wong, İsrail Təhlükəsizlik Kabinetinin Baş nazir Benyamin Netanyahunun Qəzza şəhərini hərbi yolla ələ keçirmək planını təsdiqləməsindən sonra rəsmi Tel-Əvivi “bu addımdan çəkinməyə” çağırıb. O, bu qərarın Qəzzada mövcud humanitar böhranı daha da dərinləşdirəcəyini bildirib. “Davamlı sülhün təmin olunmasının yeganə yolu iki dövlətli həlldir — iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülh və təhlükəsizlik şəraitində yanaşı yaşaması”- deyə Penny Wong vurğulayıbş