ABŞ-ın Brüsseldəki səfiri Belçika hökumətini “Vooruit” Partiyasının lideri Konner Russonun ABŞ Prezidenti Donald Trampı Adolf Hitlerə bənzətməsi ilə bağlı iddiaları dərhal qınamağa çağırıb. ABŞ səfiri Bill Uayt Belçikanın xarici işlər naziri Maksim Prevo-ya ünvanladığı məktubda Russonun sosial mediada yayılmış videosunu “məntiqsiz və qəbuledilməz” adlandırıb və rəsmi Brüsseli bu bəyanatlara reaksiya verməyə dəvət edib.
#Tramp administrasiyası
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında yaranmış fikir ayrılığını “asanlıqla həll edə biləcəklərini” bildirib. Tramp Florida ştatından paytaxt Vaşinqtona qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verib. O, Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında “həqiqətən anlaşılmazlıq” olduğunu qeyd edərək, “Bunu çox asan şəkildə həll edə bilərik” deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın münaqişənin tezliklə razılaşma yolu ilə həll olunması ilə bağlı çağırışlarına sərt reaksiya verib. Ukrayna mətbuatında yayılan məlumatlara görə, Zelenski Tramp administrasiyasından gələn “kompromislər üçün vaxtdır” mesajlarına cavab olaraq bildirib ki, Ukrayna indiyədək kifayət qədər güzəştlərə gedib və əlavə kompromislər ölkənin təhlükəsizliyi təmin olunmadan mümkün deyil.
ABŞ Prezidenti Donald Trump seçici şəxsiyyətinin təsdiqi ilə bağlı tələbin Konqresdən keçməsə belə aralıq seçkilərdə tətbiq ediləcəyini və bu məsələ ilə bağlı prezident sərəncamı imzalayacağını bildirib. O, Truth Social hesabında paylaşım edərək Demokratların seçici şəxsiyyəti məsələsində səs verməkdən imtina etdiyini qeyd edib və onların seçkilərdə saxtakarlıq etmək istədiklərini iddia edib. Tramp vurğulayıb ki, Konqres tərəfindən təsdiqlənib-təsdiqlənməməsindən asılı olmayaraq, aralıq seçkilərdə seçici şəxsiyyəti tələbi qüvvədə olacaq. O, həmçinin yaxın zamanda bununla bağlı rəsmi prezident sərəncamı imzalayacağını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp özünün ən mübahisəli iqtisadi bəyanatlarından birini verərək, Federal Ehtiyat Sisteminin (FED) sədri vəzifəsinə yeni namizədi Kevin Vorş üçün hədəf limitini olduqca yüksək müəyyənləşdirib. Tramp Vorşun ABŞ iqtisadiyyatını 15 faizlik tarixi artım tempinə çatdırmağa qadir olduğunu vurğulayıb. Bu açıqlama həm Vorş üzərində böyük təzyiq yaradır, həm də Trampın Vaşinqtonda onilliklərdir tətbiq olunan pul-kredit ənənələrini sındırmaq üçün apardığı mübarizənin rəsmi elanıdır.
Ağ Ev rəsmisi bazar ertəsi günü ABŞ Prezidenti Donald Trampın İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşı olduğunu bir daha təsdiqləyib. ABŞ rəsmisi bildirib ki, “İordan çayının qərb sahilindəki sabitlik İsrailin təhlükəsizliyini qoruyur və administrasiyanın regionda sülhə nail olmaq məqsədinə uyğundur”.
ABŞ-da miqrasiya məhkəməsi Tufts Universitetinin doktorantı Rümeysa Öztürk barəsində aparılan deportasiya prosesini hüquqi əsasların olmaması səbəbilə dayandırıb. Miqrasiya üzrə hakim ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Öztürkün deportasiya edilə biləcəyini sübut edə bilmədiyi qənaətinə gələrək, işə xitam verilməsi barədə qərar qəbul edib.
ABŞ Prezidenti Donald Tramp ölkədəki seçkiləri "fırıldaqçılıq" adlandıraraq, mövcud sistemin bütün dünyada alay mövzusuna çevrildiyini iddia edib. O, seçki prosesinin şəffaflığını təmin etmək üçün səsvermə zamanı seçici şəxsiyyət vəsiqəsinin və vətəndaşlıq sənədinin təqdim edilməsinin məcburi olmasını tələb edib.
ABŞ Prezidenti Donald Tramp Omanda keçirilən İran müzakirəsinin ardından qiymətləndirmələr aparıb. Görüşün çox yaxşı keçdiyini bildirən Tramp, gələn həftə İran tərəfi ilə yenidən bir araya gəlinəcəyini söyləyib. ABŞ Prezidenti Donald Tramp prezident təyyarəsində Omanda İran ilə keçirilən müzakirəyə dair jurnalistlərin suallarını cavablandırıb.
ABŞ hökuməti İranda davam edən təhlükəsizlik risklərini əsas gətirərək, bu ölkədəki vətəndaşlarına növbəti dəfə "ölkəni dərhal tərk etmə" çağırışı edib. ABŞ-ın Tehrandakı Virtual Səfirliyi tərəfindən yayımlanan xəbərdarlıqda vətəndaşlardan Vaşinqtonun köməyinə güvənmədən, təcili çıxış planı hazırlamaları istənilib.
ABŞ hərbçiləri cümə axşamı günü Sakit okeanın şərqində narkotik qaçaqmalçılığında ittiham olunan bir qayığa qarşı daha bir ölümcül zərbə endirdiklərini açıqlayıblar. ABŞ Cənub Komandanlığının verdiyi məlumata görə, Sakit okeandakı narkotrafik marşrutları ilə hərəkət edən qayıqda olan iki nəfər hücum nəticəsində həlak olub. Sosial mediada paylaşılan görüntülərdə hərəkət halında olan qayığın partlayaraq alovlandığı əks olunub.
ABŞ Prezidenti Donald Tramp, həyata keçirdikləri hava hücumlarından sonra İranın nüvə proqramını yenidən başlatmaq təşəbbüsündə bulunduğunu iddia edib. Tramp, İran ilə cümə günü Omanın paytaxtı Maskatda keçirilməsi gözlənilən görüşlər ərəfəsində "NBC News"a gündəmlə bağlı açıqlamalar verib. İranın ABŞ ordusunun vurduğu nüvə obyektlərinə qayıda bilmədiyini, lakin ölkənin başqa bir nöqtəsində yeni bir nüvə obyekti qurmağı düşündüyünü irəli sürən Tramp: "Bunu öyrəndik və 'Bunu etsəniz, çox ağır nəticələri olar' dedim," — ifadəsini işlədib.