İstanbulda narkotik satıcılarına qarşı keçirilən NARKOKAPAN-2 əməliyyatlarında ikisi xarici vətəndaş olmaqla, səkkiz nəfər saxlanılıb.
#Ali Yerlikaya
Nazirlər Kabinetinin iclasından sonra Türkiyədə müvəqqəti qoruma altında olan suriyalıların sayı və geri dönüş prosesi ilə bağlı açıqlamalar verilib.
Türkiyədə narkotiklə mübarizə çərçivəsində təşkil olunan genişmiqyaslı “Narkokapan-1” əməliyyatı zamanı 20 əyalətdə zəhər tacirlərinə qarşı hücum təşkil edilib.
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qadınlara Qarşı Zorakılıq və Ayrı-seçkilik Araşdırma Komissiyasının üzvləri ilə görüş keçirib.
Türkiyədə üç həftə ərzində 76 şəhərdə həyata keçirilən "Narkoçelik" əməliyyatlarında 2 ton 12 kiloqram narkotik maddə ələ keçirilib, 2 min 248 şübhəli saxlanılıb.
Türkiyədə ölkə daxilində keçirilən “Kalkan-31” əməliyyatları çərçivəsində 43 miqrant qaçaqmalçılığı təşkilatçısı və 1298 qeyri-qanuni immiqrant saxlanılıb.
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya 1 yanvar - 31 oktyabr tarixləri arasında polis və jandarma qruplarının əməliyyatları ilə ümumilikdə 90 min 317 silah ələ keçirildiyini açıqlayıb.
Türkiyədə İstanbulun Esenyurt rayonunda qeyri-qanuni miqrantlara qarşı keçirilən genişmiqyaslı “KALKAN-29” əməliyyatı zamanı 242 nəfər saxlanılıb.
Narkotik ticarətinə və küçə satıcılarına qarşı keçirilən “NARKOÇELİK-48” əməliyyatlarında son iki həftədə 1780 şübhəlinin yaxalanılıb.
Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya Azərbaycan xalqını 8 noyabr Zəfər günü münasibətilə təbrik edib.
AzerVoice xəbər verir ki, Ali Yerlikaya verdiyi açıqlamada, Esenyurt Bələdiyyə Başçısı Ahmet Özerin terror əlaqələri səbəbilə həbs olunaraq vəzifədən uzaqlaşdırılmasına toxunaraq, "Şəhərin hakimi terror tərəfdarı ola bilməz. Terrorun siyasəti yoxdur, biz ancaq mübarizə aparırıq," deyə bildirib.
Türkiyənin 11 rayonunda PKK terror təşkilatına qarşı “Gürz-25” əməliyyatı keçirilib. Əməliyyat zamanı ələ keçirilən sursatlar arasında 4 ədəd M79 istiliyə həssas tank əleyhinə sursat, 3 ədəd RPG-7 qumbaraatan, 3 ədəd PKM pulemyot, 4 ədəd Draqunov snayper tüfəngi və 12 ədəd kalaşnikov avtomatı olub. Bundan əlavə, 105 əl qumbarası, 78 qumbaraatan sursatı və 14 mindən çox müxtəlif kalibrdə sursat da təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.