#Ukrayna-Rusiya müharibəsi

Kremlin xarici siyasət müşaviri Yuri Uşakovun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə reallaşan telefon danışığı təxminən 40 dəqiqə davam edib. Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Trampa Alyaska sammitində göstərilən qonaqpərvərliyə və Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində irəliləyişlərə görə təşəkkürünü çatdırıb. Onun sözlərinə görə, Tramp Putinə Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə keçirilən görüşlər barədə məlumat verib. Liderlər Rusiya və Ukrayna nümayəndə heyətləri arasında dialoqun davam etdirilməsini dəstəkləyib və danışıqlar səviyyəsinin yüksəldilməsi imkanlarını müzakirə ediblər.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa Ukraynaya təhlükəsizlik təminatları verməyə hazırdır. Tramp bu barədə Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb. Trampın sözlərinə görə, bu məsələdə ABŞ da dəstək göstərəcək, lakin yardımın konkret forması hələ açıqlanmayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyi görüş üçün Vaşinqtona çatıb. Zelenski, ABŞ mərkəzli X platformasında yayımladığı açıqlamada Trampla görüşmək üçün Vaşinqtona gəldiyini və daha sonra Avropa liderlərinin də qatılacağı bir görüş keçiriləcəyini bildirib. "Hamımız bu müharibəni tez və etibarlı şəkildə sona çatdırmaq üçün güclü bir istək hiss edirik. Və sülh daimi olmalıdır. Bu, illər əvvəl Ukraynanın Krımdan və şərqimizin bir hissəsi – Donbas bölgəsinin bir parçasından əl çəkməyə məcbur qaldığı və (Rusiya Prezidenti Vladimir) Putinin bunu yeni hücumu üçün tramplin kimi istifadə etdiyi zamankı kimi olmamalıdır." - deyə Zelenski qeyd edib.