#Narkotik qaçaqmalçılığına qarşı mübarizə

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, Gömrük Mühafizə qrupları tərəfindən Kapıkule və İpsala gömrük-keçid məntəqələrində həyata keçirilən iki ayrı əməliyyat zamanı ümumi dəyəri təxminən 319 milyon 844 min Türkiyə lirəsi olan 525 kiloqram marixuana ələ keçirilib. Edirne və İpsala Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat İdarələrinin əməkdaşları tərəfindən narkotik cinayətlərlə mübarizə çərçivəsində aparılan risk analizi və hədəfləmə işləri nəticəsində Kapıkule və İpsala gömrük məntəqələrinə gələn iki yük avtomobili şübhəli sayılaraq nəzarətə götürülüb.

Çoxmillətli Dəniz Qüvvələri (Combined Maritime Forces – CMF) çərşənbə axşamı bəyan edib ki, Pakistan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Ərəb dənizində 972 milyon dollardan çox dəyərində narkotik maddə ələ keçirib. 47 ölkədən ibarət olan bu beynəlxalq dəniz koalisiyasına Səudiyyə Ərəbistanı, ABŞ, Fransa və İspaniya da daxildir. CMF-in bəyanatında bildirilib ki, Pakistan dəniz qüvvələrinin əməkdaşları şənbə günü birinci yelkənli qayıqa çıxaraq 2 tondan çox “kristal metamfetamin” müsadirə ediblər. Əldə olunan maddənin dəyəri təxminən 822,4 milyon dollar təşkil edir.

Paytaxt Karakasda Milli Assambleyada çıxış edən Maduro ABŞ-ın planlarını “cinayətkar və qanunsuz” adlandırıb. Onun sözlərinə görə, Vaşinqtonun Venesuelaya qarşı hərəkətləri beynəlxalq hüquqa ziddir və suveren dövlətə qarşı güc tətbiqi qadağasını pozur. Dəstək göstərən ölkələrə təşəkkür edən Maduro bildirib ki, ABŞ-ın Cənubi Amerikada silahlı qarşıdurma yaratmaq cəhdləri qəbulolunmazdır. “Venesuela yenidən qalib gələcək, yenidən sülh, sabitlik və inkişaf əldə edəcək. Allah bizimlədir, çünki Allah cəsurların və ədalətlilərin yanındadır”, – deyə dövlət başçısı vurğulayıb. Maduro həmçinin ABŞ-ın bir çox ölkələrdə hərbi müdaxilə cəhdlərinin uğursuzluqla nəticələndiyini xatırladaraq, eyni ssenarinin Venesuelada da nəticə verməyəcəyini bildirib.

İstanbulun Ümraniyə və Tuzla rayonları, həmçinin Kocaelinin Gebze bölgəsində həyata keçirilən əməliyyatlar zamanı 3 milyon 40 min 771 ədəd narkotik həblə 52,5 kiloqram qatqı maddəsi ələ keçirilib. Əməliyyatlar Türkiyə Daxili İşlər Nazirliyi Narkotik Cinayətlərlə Mübarizə Baş İdarəsinin koordinatorluğu və İstanbul Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin iştirakı ilə aparılıb.

ABŞ-ın Nyu Meksiko ştatının hökuməti Espanola şəhəri və onun ətraf bölgələrində zorakılıq cinayətlərinin və narkotiklərin qanunsuz dövriyyəsinin artması səbəbindən fövqəladə vəziyyət elan edib. Ştatın qubernatoru Mişel Lujan Qrisham bildirib ki, polisə kömək çağırışlarının sayı son iki ildə iki dəfədən çox artıb. Onun sözlərinə görə, cinayət fəaliyyəti evsizliyi, ailə qeyri-sabitliyini və ölümlə nəticələnən həddindən artıq dozaları artıraraq yerli idarələrə böyük yük qoyur.