ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun bu həftə İranın xarici işlər naziri Abbas Arakçi ilə görüşə biləcəyi ehtimal olunur.
#İsrail və İran gərginliyi
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın “ABC News” telekanalına verdiyi açıqlamada bildirib ki, İranın ali lideri Əli Xameneinin öldürülməsi bu ölkə ilə münaqişəni bitirə bilər.
İsrailin İranın dövlət tele-radio şirkətinin (IRIB) binasına endirdiyi hava zərbəsi cinayətdir.
Çin İsrailin İrana hücumları və bu ölkənin cavab tədbirləri nəticəsində yaranan gərginləşən münaqişədən ilk olaraq Yaxın Şərq ölkələrinin zərər çəkəcəyini bildirərək dialoq və danışıqlara çağırıb.
Kreml bildirib ki, Rusiya İsrail və İran arasında münaqişədə vasitəçilik etməyə hazırdır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Görüşdə İsrail-İran münaqişəsi, regional və qlobal problemlər müzakirə olunub.
İsrailin İranın qərbindəki Kirmanşah şəhərində xəstəxananı vurduğu açıqlanıb.
41 Azərbaycan vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.
İran 13 iyundan bu yana hücumlara cavab olaraq İsrailə 370 ballistik raket göndərib və 30 nöqtəni vurub.
İranda İsrailin Xarici Kəşfiyyat Xidməti Mossad-da işləməkdə ittiham olunan şəxs edam edilib.
İran və İsrail arasında gərginliyin üçüncü günündə İranın həyata keçirdiyi raket hücumları nəticəsində Təl-Əvivdə yerləşən ABŞ səfirliyinin binası da zərər görüb.