#Suriya əməliyyatları

Suriyada Xalq Məclisi üzrə Yüksək Seçki Komissiyası Xalq Məclisinə üzvlük seçkilərinin 5 oktyabr bazar günü keçiriləcəyini elan edib. Komissiyanın ABŞ mərkəzli Meta şirkətinə məxsus Facebook platformasındakı hesabında yayımlanan açıqlamada, seçki tarixinin hicri təqvimə görə 1447-ci ilin Rəbiül-axır ayının 13-nə, miladi təqvimə görə isə 2025-ci il 5 oktyabr tarixinə təsadüf edəcəyi bildirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələrinin (SDQ,PKK-nın Suriya qolu) mövqelərinə dair yeni bəyanat yayıb. Rəsmi açıqlamada vurğulanıb ki, SDQ silahsızlanma və Suriya dövlətinə inteqrasiya ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmir. Nazirliyin sözlərinə görə, bu hal həm Suriyanın siyasi birliyi və ərazi bütövlüyünü, həm də Türkiyənin milli təhlükəsizliyini ciddi şəkildə təhdid edir. “SDQ terror təşkilatı Suriya ordusuna inteqrasiya prosesinə əməl etməli, Suriyanın siyasi birliyi və torpaq bütövlüyünə zərər verə biləcək bütün fəaliyyət və açıqlamalardan imtina etməlidir”-deyə MSB-nin bəyanatında xüsusi olaraq qeyd olunub.

Türkiyə, Suriya hökumətinin öz birliyi və bütövlüyünü qorumaq üçün atacağı hər cür tədbirə dəstək verəcək. Bu sözləri Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və nazirliyin sözçüsü tuğamiral Zəki Aktürk nazirlikdə keçirilən həftəlik mətbuat konfransında çıxış edərkən bildirib. Nazirlik mənbələri Suriyadakı vəziyyətlə bağlı sualları cavablandırıb.

Suriyanın şimalındakı İdlib vilayətində səbəbi hələ müəyyən edilməmiş partlayışlar nəticəsində 2 mülki şəxs həyatını itirib. Suriya dövlət televiziyası Əl-İhbariyyə, İdlib ətrafında güclü partlayış səslərinin eşidildiyini bildirib. Partlayışların mənbəyi və xarakteri müəyyənləşdirilməyə çalışılır. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım qrupları göndərilib.

Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani Ankarada Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında İsrailin regiondakı fəaliyyətlərini sərt tənqid edib.Nazir Şeybani bildirib ki, əvvəlki illərdə olduğu kimi, İsrailin təkrarlanan təhdidləri bu gün də Suriyanın suverenliyini hədəf alır və vətəndaşların təhlükəsizliyini ciddi risk altına salır.Suriya rəsmisi həmçinin qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, ölkə daxilində işlər balanslı və praktik şəkildə davam etdirilir.

Suriya Energetika Nazirliyinin Korporativ Əlaqələr müdiri Əhməd Süleyman bildirib ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılması ilə ölkədə elektrik enerjisi istehsalı əhəmiyyətli dərəcədə artacaq və gündəlik elektrik verilişi 10 saata qədər yüksələcək. 14 illik müharibədən sonra yenidənqurma mərhələsinə qədəm qoyan Suriyada enerji infrastrukturunun böyük ölçüdə dağıldığını vurğulayan Süleyman, bu sahədə bərpa işlərinə ciddi səy göstərildiyini qeyd edib.

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə ABŞ prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Ankaradakı səfiri Tomas Barakın Parisdə İsrailin strateji işlər naziri Ron Dermerin iştirakı ilə təhlükəsizlik görüşü keçirəcəyi bildirilib.