#Alyaska

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp danışıqları yekunlaşdırıblar. Mətbuat konfransından sonra iki lider qısa, ayaqüstü söhbətə davam ediblər. Ardınca Putin “Fort-Riçardson” hərbi qəbiristanlığını ziyarət edərək sovet pilotlarının məzarına gül dəstəsi qoyub.

Moskva Ukraynanın təhlükəsizliyini təmin etmək üçün Vaşinqtonla işləməyə hazırdır. Bu barədə Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. “Prezident Trampın bu gün dediyi kimi, Ukraynanın təhlükəsizliyi təmin edilməlidir. Əlbəttə, biz bunun üzərində işləməyə hazırıq” – deyə, Putin qeyd edib.

Alyaskada Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp danışıqlara başlayıblar. Görüş “Elmendorf-Riçardson” hərbi bazasında yerləşən xüsusi otaqda keçirilir. Məkan ənənəyə uyğun olaraq hər iki ölkənin – Rusiya və ABŞ-ın bayraqları ilə bəzədilib.

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin bu gün Alyaskada keçirəcəyi görüş ərəfəsində, Ukrayna və Qərb ölkələri güclü birlik mesajı verib. Görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsi və Rusiya–ABŞ münasibətlərinin müzakirə olunacağı gözlənilir. Tramp və Putin müharibə başlayandan bəri ilk dəfə bir araya gələcək. Görüş dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənilir. Ukrayna isə açıq şəkildə bəyan edir ki, bu masada Kiyev olmadan qərarların qəbul edilməsi yolverilməzdir.

Bu gün Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək sammit, Ukrayna müharibəsinə son qoymaq üçün 7 aydır davam edən danışıqların ən kritik mərhələsi hesab olunur. Danışıqlardan atəşkəs qərarı çıxarsa, növbəti mərhələdə Ukrayna prezidenti Volodimir Zelenskinin də qatılacağı üçtərəfli sammitin İstanbulda keçirilməsi nəzərdə tutulur.

ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin ilə Alyaskada keçirilməsi planlaşdırılan üçtərəfli sammitə Ukrayna prezidenti Volodimir Zelenski və bəzi Avropa liderlərinin də dəvət oluna biləcəyini bildirib. Tramp əsas məqsədinin “təcili sülh razılaşmasına” nail olmaq olduğunu vurğulayaraq, qısa müddətdə sülhün təmin edilməsinə önəm verdiyini qeyd edib.