Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
#TADEF
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə Yıldız Texnik Universiteti tərəfindən İstanbulda azərbaycanlı tələbələr arasında futbol turniri təşkil edilib. Bildirilib ki, turnir 44 günlük Vətən müharibəsinin 4-cü ildönümünə həsr olunub. İdman tədbirinin açılışında Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.