İraq Elektrik Nazirliyi İranın İraqa ötürdüyü təbii qaz axınını tamamilə dayandırdığını açıqlayıb. İraqın rəsmi xəbər agentliyi INA-nın Elektrik Nazirliyinə istinadla yaydığı məlumata görə, İrandan gələn təbii qaz tədarükü tam kəsilib. Bu səbəbdən İraqın elektrik sistemində 4 min–4 min 500 meqavat həcmində itki yarandığı bildirilib. Açıqlamada qeyd olunub ki, Elektrik Nazirliyi Neft Nazirliyi ilə koordinasiya şəraitində yerli alternativ yanacaq mənbələrinə müraciət edərək elektrik stansiyalarının fəaliyyətinin davamlılığını təmin edir. Hazırda istehsalın nəzarət altında olduğu vurğulanıb.
#İraq
2025-ci ilin yanvar-noyabr aylarında İraq vətəndaşları Türkiyədə min 159 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1 obyekt çoxdur. Məlumata görə, bu ilin noyabr ayında İraq vətəndaşları Türkiyədə 104 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 43 obyekt azdır. Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyədə 141 min 100 mənzil satın alınıb ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 7,8 faiz azdır.
İran Prezidenti Məsud Pezeşkian, son dövrlərdə Qazaxıstan və Türkmənistana etdiyi səfərlərin müsbət və konstruktiv nəticələr verdiyini və bu səfərlərin İslam Respublikasının qonşu ölkələrlə əlaqələri gücləndirmək siyasətini möhkəmləndirdiyini bildirib. Cümə axşamı gecəsi Tehrana qayıtdıqdan sonra çıxış edən Pezeşkian, İranın regional əlaqələri gücləndirməyə olan sadiqliyini bir daha vurğulayaraq, səfər zamanı keçirilən görüşlər və danışıqların müxtəlif sahələrdə qiymətli razılaşmalarla nəticələndiyini qeyd edib.
İraqın sabiq prezidenti Bərhəm Salih Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı seçilib. Bu, əsas donor ölkələrdən olan liderlərin təyin olunması ənənəsini pozur. BMT Baş Katibi Antonio Quterres tərəfindən 11 dekabr tarixli məktubda Salihin 1 yanvar 2026-ci ildən etibarən beş illik müddətə təyin edildiyi bildirilib. O, 2016-cı ildən vəzifəni icra edən veteran BMT məmuru İtaliyanın Filippo Qrandini əvəz edəcək. Təyinat müvəqqəti xarakter daşıyır və BMT Qaçqınlar üzrə Ali Komissarlığın İcra Komitəsi tərəfindən təsdiqlənməlidir.
İraq Nəqliyyat Nazirliyi bildirib ki, Bağdad Beynəlxalq Hava Limanı pis hava şəraiti səbəbindən 12 saatlıq fasilədən sonra cümə axşamı yenidən açılıb. Hakimiyyət orqanları saat 13:30 radələrində pis hava şəraiti və görünürlüyü kəskin şəkildə azaldan duman səbəbindən Bağdad hava limanını müvəqqəti olaraq hava nəqliyyatı üçün bağladıqlarını açıqlayıblar. İraqın mərkəzindəki Nəcəf və şimali Kürdüstan bölgəsindəki Süleymaniyyə kimi digər hava limanları da bağlanıb.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən İraqa hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artaraq, 572 milyon 210 min 35 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında İraqa hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq, 64 milyon 103 min 30 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 15 milyard 506 milyon 584 min dollara bərabər olub.
İraq və Türkiyə arasında yeni elektron viza sistemi rəsmi olaraq işə salınıb. Sistem İraqın Ankaradakı səfirliyində təşkil olunan mərasimlə təqdim edilib. Tədbirdə İraqın Ankara səfiri Məcid Əbdülrəd Haşən əl-Ləçmavi, İraqın Nüfus və Pasport Baş İdarəsinin rəisi Nəşat əl-Xafaci, İraq Daxili İşlər Nazirliyi sözçüsü Abbas əl-Bəhədli və digər rəsmi şəxslər iştirak ediblər. Səfir Məcid əl-Ləçmavi çıxışında, Türkiyəyə səfər üçün yeni elektron viza prosedurlarının artıq işə başladığını açıqlayıb. O bildirib ki, bu sistem İraqın Xarici İşlər və Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq nəticəsində yaradılıb.
Azərbaycan Fələstin və Suriya ilə diplomatik münasibətlərini rəsmi səfərlər, beynəlxalq platformalarda ardıcıl mövqe və humanitar təşəbbüslər vasitəsilə gücləndirir. Bəziləri Azərbaycanın Yaxın Şərq siyasətinin olmadığı düşüncəsində olsalar da, əslində bu belə deyil. Azərbaycan iddia olunanların əksinə olaraq, İsrail, İran və Türkiyədən asılı olmayan müstəqil Yaxın Şərq siyasəti yürütməkdədir. Təbii ki, Bakının rəsmi Yaxın Şərq siyasətində adı sadalanan ölkələrlə, xüsusən də Türkiyə ilə siyasi məsləhətləşmələri var.
ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının püşkatma mərasimi keçirilib.
Bu barədə qərar ölkənin rəsmi qəzetində dərc olunub. Sənədə əsasən, hökumətə bağlı xüsusi komissiya “Husilər” və “Hizbullah”la əlaqəsi olan bütün şəxslərin və qurumların aktivlərinin dərhal dondurulmasını qərara alıb. Məlumata görə, İraq, həmçinin dünyanın müxtəlif ölkələrindən 100-dən çox təşkilat və şəxsi terror siyahısına əlavə edib. Siyahıya daxil edilənlərin bir hissəsi barəsində artıq BMT Təhlükəsizlik Şurasının sanksiya qərarları mövcuddur.
Körfəz Müharibəsi, 1990-cı ilin avqust ayında İraq prezidenti Səddam Hüseynin Küveytə hücum etməsi ilə başladı. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, İraqdan Küveydən çıxması üçün son tarix müəyyən etdi və bunu etmədiyi təqdirdə ciddi hərbi tədbirlər görüləcəyi bildirildi. Saddam Hüseyn bu son tarixə əməl etmədiyi üçün koalisiya qüvvələri, İraqdakı qüvvələrə qarşı geniş hava və dəniz bombardmanlarına başladı.
2025-ci ilin yanvar-oktyabr aylarında İraq vətəndaşları Türkiyədə min 55 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 44 obyekt çoxdur. Məlumata görə, bu ilin oktyabr ayında İraq vətəndaşları Türkiyədə 126 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 2 obyekt çoxdur. Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Türkiyədə 164 min 306 mənzil satın alınıb ki, bu da 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,5 faiz azdır.