#Amina Mohammed

Prezident İlham Əliyev BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edərək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurlu təşkilinə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycanın BMT ilə uzunmüddətli və uğurlu əməkdaşlığı, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri, həmçinin “ASAN xidmət” modelinin beynəlxalq mükafatlara layiq görülməsi və müxtəlif ölkələrdə tətbiqi müzakirə olunub. Amina Mohammed tədbir iştirakçılarının sayının çoxluğunu və Bakının tarixi irs ilə müasir şəhərsalma harmoniyasını yüksək qiymətləndirib.