#Türkiyə hava limanları

Dövlət Hava Limanları İdarəsinin (DHMİ) məlumatına görə, yanvar-iyul aylarında Türkiyə hava limanlarına gələn və gedən sərnişinlərin ümumi sayı 134,9 milyon olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb. İstanbul Hava Limanı bu dövrdə 46,95 milyon sərnişinə xidmət göstərərək ölkənin ən sıx hava limanı olub. Sabiha Gökçen Hava Limanı 26,5 milyon sərnişini qəbul edib, Antalya Hava Limanı isə ümumi 20,18 milyon sərnişinlə ilin üçüncü ən işlək limanı kimi diqqət çəkib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, tikintisi davam edən Bayburt-Gümüşhane Hava Limanının tamamlandıqdan sonra ölkənin 5-ci regional hava limanı kimi fəaliyyət göstərəcəyini açıqlayıb. Nazir yazılı açıqlamasında bildirib ki, Gümüşhanəyə 67 kilometr, Bayburta isə 47 kilometr məsafədə, Köse–Bayburt avtomobil yolu üzərində inşa edilən hava limanının infrastruktur işləri tamamlanıb. Onun sözlərinə görə, 3 min metr uzunluğunda və 45 metr enində uçuş-enmə zolağı, 300x120 metr ölçülü perron və 265 metr uzunluğunda taksi yolu artıq hazırdır.

2025-ci ilin iyul ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 2 milyon 123 min 375 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 1 milyon 667 min 691 nəfər, beynəlxalq reyslər üzrə isə 5 faiz azalaraq 455 min 684 nəfər təşkil edib. 2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 20 min 583 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 13 min 354 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 7 faiz azalaraq, 7 min 229 ton təşkil edib.

2025-ci ilin iyul ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 6 milyon 839 min 201 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 4 milyon 161 min 492 nəfər, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 2 milyon 677 min 709 nəfər təşkil edib.

2025-ci ilin iyul ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 7 milyon 764 min 626 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 5 milyon 839 min 661 nəfər, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 1 milyon 924 min 965 nəfər təşkil edib. 2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 75 min 33 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 46 min 8 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 8 faiz artaraq, 29 min 25 ton təşkil edib.