Nigeriyalı hücumçu Viktor Osimhen keçmiş klubu Napoli ilə münasibətlərinin pozulmasına səbəb olan qalmaqallı hadisələr barədə danışıb və rəhbərliyin ona qarşı davranışını sərt şəkildə tənqid edib. Osimhen İtaliya mətbuatına müsahibəsində 2023-cü ilin sentyabrında Napolinin sosial şəbəkə hesabında yayımlanan və onun qaçırdığı penalti epizodunu ələ salan videodan sonra münasibətlərin tamamilə dəyişdiyini bildirib.
#Napoli
"Napoli" futbolçusu Lorenzo Lukkanı icarəyə göndərib. 25 yaşlı hücumçu "Nottingem Forest"ə keçib. Bu barədə klubun mətbat xidməti məlumat yayıb.
İtaliya A Seriyasında XVI turdan təxirə salınmış iki oyun baş tutub.
“Napoli” bu qış “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mayno ilə maraqlanır. 20 yaşlı ingilis futbolçu İtaliya çempionları üçün prioritet transfer hədəfi sayılır. Lakin transfer yalnız Noa Lanqın komandadan ayrılması halında mümkün ola bilər. Lanq hazırda “Qalatasaray”ın maraq dairəsindədir. Tərəflər arasında danışıqların yaxın həftələrdə intensivləşəcəyi gözlənilir.
İtaliya A Seriyasında XVII turun oyunları davam edir. “Milan” evdə “Verona”nı üç cavabsız qolla məğlub edib.
Madrid “Atletiko”sunun hücumçusu Ciakomo Raspadori İtaliya çempionatına geri qayıtmağı düşünür.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfəri çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçirilən "Napoli" – "Qarabağ" matçına stadiondan baxıblar. Paylaşımda qeyd olunub ki, bu an Azərbaycanın Avropa futbolunda güclü mövqeyini və milli komandamızın beynəlxalq səviyyədə dəstəkləndiyini göstərən qürurverici bir hadisə olub.
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ” növbəti oyununa çıxacaq. Azərbaycan təmsilçisi İtaliyanın “Napoli” klubu ilə qarşılaşacaq. Görüş “Stadio Diego Armando Maradona” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Qeyd edək ki, “Qarabağ” növbəti oyununu dekabrın 10-da öz meydanında “Ayaks” klubuna qarşı keçirəcək.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Napoli"yə xəbərdarlıq edilib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. UEFA-nın xəbərdarlığının səbəbi Neapol təmsilçisinin 4-cü turun PSV ilə matçında (2:6) əxlaq davranışları qaydalarını pozmasıdır. Baş məşqçi Antonio Kontenin qayda pozuntularına yol verdiyi bildirilib.
Çempionlar Liqasının 5-ci turunun Napoli - Qarabağ görüşünə biletlər artıq satışa çıxarılıb. Biletlərin qiyməti 25 avrodan 165 avroya (təxminən 49 manatdan 324 manata qədər) dəyişir. Qeyd edək ki, 4 turdan sonra Qarabağ 7 xalla 15-ci, Napoli 4 xalla 24-cü pillədədir.
Napolinin baş məşqçisi Antonio Konte klubu tərk edə bilər. Mütəxəssisin gedişi ilə bağlı qərar onun klub prezidenti Aurelio De Laurentisin görüşündən sonra qəbul oluna bilər. Xatırladaq ki, Qarabağ Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu səfərdə Napoliyə qarşı keçirəcək.
Mançester Sitinin norveçli hücumçusu Erlinq Haaland futbol tarixində yeni rekorda imza atıb. Əvvəlki rekord hollandiyalı Ruud van Nistelrooya məxsus idi. O, Mançester Yunayted və Real Madrid formalarında 62 oyunda 50 qola çatmışdı. Haaland isə bu rekordu 13 oyun daha az müddətdə qıraraq futbol tarixində adını yazdırdı.