"İdrak" liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir. Bu fikirlər Mətbuat Şurasının hadisə ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb. Bildirilib ki, bu, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na tamamilə ziddir:
#Mətbuat Şurası
Azərbaycan Milli Elmlər Akadeiyasıının Mərkəzi Elmi Kitabxanasında təşkil olunmuş konfransın məqsədi media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsini təşviq etmək, dil mədəniyyətini inkişaf etdirmək və mediada nitq standartlarının yüksəldilməsinə töhfə verməkdir.
Trend Azərbaycanda müstəqil media ənənələrinin formalaşmasına və inkişafına, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda yüksək peşəkarlıqla təbliğinə yönələn xidmətlərinə görə və 30 illik yubileyi münasibəti ilə təltif edilib.
Ölkəmiz üçün ən vacib və həssas vaxtda fəaliyyətə başlamış, bu gün 30 illik yubileyini qeyd edən Trend Beynəlxalq İnformasiya Agentliyi geniş fəaliyyət diapazonuna üstünlük verərək, informasiya yayıcılığı sahəsində məktəbə çevrilmiş media orqanıdır. Bu fikirlər Mətbuat Şurasının Trend Beynəlxalq İnformasiya Agentliyinin 30 illik yubiley münasibəti ilə yayımladığı təbrikdə yer alıb. Təbrikdə bildirilib ki, bu məktəbin müdavimləri sırasında həm jurnalistikamızda, həm də ictimai həyatın müxtəlif sahələrində təmsil olunan çoxsaylı nüfuzlu şəxslər var. "Trend jurnalist peşəkarlığının cəmiyyətin maraq və mənafeləri ilə uzlaşmasında xüsusi rol oynamaqla ənənə yaratdı. Ənənələri və tutduğu mövqeni qorumaq isə heç də hər informasiya agentliyinə müyəssər olmur. Bunu bacaran agentlik həm də dövrün tələblərinə uyğunlaşmağın örnəyidir, kəskin rəqabət fonunda Azərbaycanın media brendi kimi dünyada məşhurdur, inam və etimad sahibidir. Onu populyarlaşdıran mühüm cəhətlərdən biri də həyata keçirdiyi çoxşaxəli beynəlxalq media əməkdaşlığı xəttidir. Belə bir dayanıqlı və davamlı xəttin seçilməsi isə xarici aləmdə ölkəmizlə bağlı həqiqətlərinin təbliğinə müstəsna töhfədir.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin bu gün keçirilmiş iclasında Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı xarici təşkilatlara, jurnalist və hüquq- müdafiə assosiasiyalarına məktubu, həmçinin, həmin məktuba cavab olaraq Şuranın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciət müzakirə olunub.
Son illər Rusiya Federasiyası xarici siyasi təsir aləti kimi kütləvi informasiya vastiələrindən daha fəal istifadə etməyə başlayıb.