#Xarici İşlər Nazirliyi

İran Xarici İşlər Nazirliyi ABŞ-ın son hərbi addımlarını sərt şəkildə tənqid edərək onları atəşkəs rejiminin pozulması kimi qiymətləndirib. Nazirliyin açıqlamasında Sirik bölgəsi və Qeşm adasında yerləşən obyektlərə endirilən zərbələrin regional sabitliyə ciddi təhlükə yaratdığı bildirilib. Tehran bu hadisələrin bütün nəticələrinə görə Vaşinqtonu məsul hesab etdiyini açıqlayıb. Bəyanatda həmçinin region ölkələrinə çağırış edilərək, onların ərazilərinin və infrastrukturunun digər dövlətlərə qarşı hərbi əməliyyatlar üçün istifadə olunmasına imkan verməmələrinin vacibliyi vurğulanıb.

Bəhreyn Livanın suverenliyinə və dövlət institutlarının gücləndirilməsinə dəstəyini bir daha bəyan edib. Xarici İşlər Nazirliyinin açıqlamasında Prezident Cozef Aunun ölkədə dövlət hakimiyyətinin möhkəmləndirilməsi və silahlara nəzarətin dövlətin əlində cəmləşdirilməsi istiqamətindəki səyləri dəstəklənib. Bəyanatda Livanda daimi atəşkəsə nail olunmasının, mülki əhalinin müdafiəsinin və məcburi köçkünlərin geri dönüşünün vacibliyi vurğulanıb. Eyni zamanda beynəlxalq ictimaiyyət humanitar yardımın genişləndirilməsi və sülhməramlı qüvvələrə dəstəyin artırılması istiqamətində fəal olmağa çağırılıb.

Misir İranın Küveyt və Bəhreynə qarşı həyata keçirdiyi hücumlarla bağlı sərt mövqe nümayiş etdirib. Xarici İşlər Nazirliyinin bəyanatında bu addımların regionun təhlükəsizliyinə ciddi təhdid yaratdığı və dövlətlərin suverenliyini pozduğu bildirilib. Qahirə hər iki Körfəz ölkəsi ilə həmrəy olduğunu açıqlayıb və onların təhlükəsizliyinin təmin olunmasına yönəlmiş bütün tədbirləri dəstəklədiyini bəyan edib. Misir eyni zamanda Körfəz regionunun təhlükəsizliyinin ərəb dünyasının ümumi təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Qətər İranın Küveyt və Bəhreynə qarşı həyata keçirdiyi hücumları pisləyərək onları beynəlxalq hüququn və dövlətlərin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib. Xarici İşlər Nazirliyinin bəyanatında bölgədə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyi vurğulanıb. Qətər eyni zamanda Küveyt və Bəhreynə dəstəyini ifadə edib, onların təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasına yönəlmiş bütün tədbirləri dəstəklədiyini açıqlayıb.

İordaniya İranın Bəhreyn və Küveytə qarşı həyata keçirdiyi hücumları pisləyərək, onları regional təhlükəsizliyə ciddi təhdid adlandırıb. Xarici İşlər Nazirliyinin bəyanatında bu addımların beynəlxalq hüququn pozulması olduğu vurğulanıb. Rəsmi Əmman Bəhreyn və Küveytlə həmrəy olduğunu bəyan edib, onların suverenliyinin və təhlükəsizliyinin qorunmasına yönəlmiş bütün tədbirləri dəstəklədiyini açıqlayıb. Bəyanatda həmçinin bölgədə sabitliyin qorunmasının vacibliyi xüsusi olaraq qeyd olunub.

İyunun 5-də "CNN World" xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialar tamamilə əsassızdır və onları qətiyyətlə rədd edirik.

Küveyt Xarici İşlər Nazirliyi İranın diplomatik nümayəndəliyinin iki üzvünü “persona non grata” elan edərək 24 saat ərzində ölkəni tərk etmələrini tələb edib. Nazirlik eyni zamanda İranın Küveytə qarşı həyata keçirdiyi təcavüzkar hərəkətlərə rəsmi etirazını bildirərək Tehranı xəbərdar edib. Bu addım Küveyt və İran arasında diplomatik gərginliyin artdığını göstərir.