#Lancome La vie est belle Very Cherry eau de parfum

İordaniya-Rumıniya əsilli ayaqqabı dizayneri Amina Muaddi Fransanın məşhur gözəllik evi "Lancome"un yeni reklam kampaniyasının siması olub. O, brendin "La vie est belle Very Cherry" ətrinin təqdimat çarxında öz brendinə məxsus hündürdaban ayaqqabılar və klatç çanta ilə çıxış edib. "Lancome" çarxı bu həftə "Instagram" səhifəsində "Onun imza addımı. Onun imza qoxusu" başlığı ilə yayımlayıb.