Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu AK Partiyanın TBMM-dəki qrup toplantısından əvvəl jurnalistlərin suallarını cavablandırarkən Hörmüz boğazında qalan türk mülkiyyətindəki gəmilərin son vəziyyəti barədə məlumat verib. Nazir bildirib ki, hazırda boğazda Türkiyəyə məxsus 14 gəmi var və Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə onların ərazidən çıxarılması üçün işlər davam etdirilir. Uraloğlu vurğulayıb ki, hazırda gəmilərin çıxarılması üçün əlverişli imkan yaranmasa da, heyət üzvləri və kapitanlarla davamlı ünsiyyət saxlanılır.
#Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi
2026-ci ilin fevral ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 1 milyon 949 min 90 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 989 min 491 nəfər, beynəlxalq reyslər üzrə isə 3,5 faiz azalaraq 959 min 599 nəfər təşkil edib.
2026-ci ilin fevral ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 1 milyon 757 min 849 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 12 faiz artaraq, 1 milyon 255 min 228 nəfər, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 602 min 621 nəfər təşkil edib.
2026-ci ilin fevral ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 2 milyon 276 min 348 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq, 1 milyon 668 min 84 nəfər, beynəlxalq reyslər üzrə isə 22 faiz artaraq 608 min 264 nəfər təşkil edib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu regionda artan müharibə riski fonunda bağlanan hava məkanları və nəqliyyat marşrutları ilə bağlı mühüm açıqlamalar verib. Nazir bildirib ki, Suriya, İraq, İran və İsrail hava məkanlarının tamamilə qapalı olması səbəbindən hava hərəkətində ciddi risklər yaranıb. Bu vəziyyətdə həm Türkiyə, həm də xarici ölkə vətəndaşlarının təxliyəsi üçün Oman və Səudiyyə Ərəbistanı üzərindən əlavə reyslər təşkil edilib. Nazir qeyd edib ki, müvafiq ölkələrlə əldə olunan razılığa əsasən, vətəndaşlar quru yolu ilə bu ölkələrə keçərək oradan İstanbul vasitəsilə dünyaya yollanırlar və hazırda bu prosesdə heç bir ciddi axsama müşahidə olunmur.
2026-ci ilin fevral ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 7 milyon 916 min 195 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 15 faiz artaraq, 3 milyon 303 min 801 nəfər, beynəlxalq reyslər üzrə isə 14,6 faiz artaraq 4 milyon 612 min 394 nəfər təşkil edib.
2026 - cı ilin yanvar ayında Türkiyənin Ambarlı limanı 1 milyon 350 min 911 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən 133 min 243 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 216 min 668 ton yük daşınıb. 2026 - ci ilin yanvar ayında Ambarlı limanından tranzit 944 min 326 ton yük aşırılıb.
2026 - cı ilin yanvar ayında Türkiyənin İskenderun limanı 5 milyon 345 min 87 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, İskenderun limanından Türkiyə bayrağı altında üzən 149 min 923 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 5 milyon 195 min 164 ton yük daşınıb. 2026 - ci ilin yanvar ayında İskenderun limanından tranzit 223 min 225 ton yük aşırılıb.
Bu ilin yanvar ayında Türkiyə limanlarından 1 milyon 258 min 531 ton kimyəvi məhsul daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 55 min 485 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 1 milyon 203 min 46 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar ayında Türkiyə limanlarından tranzit olaraq 2 ton kimyəvi məhsul daşınıb”- deyə nazirlikdən bildiriblər.
2026-ci ilin yanvar ayında Türkiyənin Ambarlı limanı 317 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Ambarlı limanı Türkiyə bayrağı altında üzən 142, digər ölkələrin bayraqları altında üzən 175 gəmi qəbul edib. Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Türkiyə limanları 4 min 43 gəmi qəbul edib.
Bu ilin yanvar ayında Türkiyə limanlarından 2 milyon 77 min 801 ton inşaat məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 177 min 919 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 1 milyon 899 min 882 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar ayında Türkiyə limanlarından tranzit olaraq inşaat məhsulları daşınmayıb”- deyə nazirlikdən bildiriblər.
2026 - cı ilin yanvar ayında Türkiyənin Aliağa limanı 6 milyon 86 min 566 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən 390 min 178 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 5 milyon 696 min 388 ton yük daşınıb.