#Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Gemlik limanı Türkiyə bayrağı altında üzən 239, digər ölkələrin bayraqları altında üzən 565 gəmi qəbul edib. Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyə limanları 4 min 608 gəmi qəbul edib.

2026-ci ilin mart ayında Türkiyənin Aliağa limanı min 409 gəmi qəbul edib. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Aliağa limanı Türkiyə bayrağı altında üzən 407, digər ölkələrin bayraqları altında üzən 982 gəmi qəbul edib.

2026-cı ilin mart ayında Türkiyə limanları 76 milyon 809 min 328 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 10 milyon 818 min 996 ton təşkil edib. “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 65 milyon 990 min 332 ton olub”, – deyə nazirlikdən bildirilib.

Türkiyədə 5G texnologiyasından istifadə edən abunəçilərin sayı sürətlə artaraq 30 milyona yaxınlaşıb. Məlumata əsasən, ölkədə 5G xidmətinin tətbiqindən sonra ilk günlərdə 21 milyon abunəçi bu texnologiyadan istifadə etməyə başlayıb, sonrakı 10 gün ərzində isə daha 8 milyon nəfər sistemə qoşulub.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun açıqlamasına əsasən, “Ocean Thunder” adlı türk mülkiyyətli gəmi ötən gecə Hörmüz boğazını təhlükəsiz keçərək Körfəzdən çıxışını tamamlayıb. Məlumata görə, bu keçidlə birlikdə münaqişənin başlanmasından bəri bölgədə gözləyən 3 gəmi boğazdan təhlükəsiz şəkildə ayrılıb.