İsveçrənin Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa sərmayələrin həcmi bu ilin ilk üç ayında 13 milyon 256 min ABŞ dollarına çatıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz artıb. Hesabat dövründə İsveçrənin ümumi birbaşa xarici sərmayələrdə payı 0,8 faiz olub. Ümumilikdə, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 1 milyard 720 milyon ABŞ dolları həcmində birbaşa xarici sərmayə cəlb edilib. Eyni zamanda, Azərbaycandan xarici ölkələrə yönəldilən sərmayələrin həcmi 1 milyard 110 milyon ABŞ dolları təşkil edib. İsveçrə 2026–2029-cu illər üçün Azərbaycanda yeni inkişaf proqramı da həyata keçirir. Proqram iqtisadi inkişaf, biznes mühitinin yaxşılaşdırılması və iqlim dayanıqlılığının gücləndirilməsini hədəfləyir.
#xarici sərmayə
2025-ci ilin iyun ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 10,9 faiz artaraq 755 milyon 396 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,4 faiz azalaraq, 4 milyard 815 milyon 671 min dollar olub.