Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Azərbaycanda Vergi Məcəlləsinə 206 dəyişiklik edilib

    26 Noyabr 2024 12:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanda Vergi Məcəlləsinə 206 dəyişiklik edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    2021-2023-cü illərdə Vergi Məcəlləsinə ümumilikdə 206 dəyişiklik edilib.

    AzerVoice xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri" mövzusunda keçirilən tədbirdə deyib.

    "Qeyd olunan illər ərzində inzibatçılığın təkmilləşdirilməsi və beynəlxalq reytinqlərdə mövqeyin qorunması ilə bağlı 82 dəyişiklik edilib.

    Eyni zamanda, vergi yükünün optimallaşdırılması və sosial xarakterli dəyişiklərlə əlaqədar 76, vergi tutma bazasının genişləndirilməsi və kölgə iqtisadiyyatı ilə mübarizə ilə əlaqədar isə 48 dəyişiklik edilib", - deyə o bildirib.

    Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri" mövzusunda tədbir keçirilir.

    Tədbirdə son illər ərzində, eləcə də, növbəti il üçün vergi qanunvericiliyində, inzibatçılığında edilmiş və edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı, eyni zamanda, bu fəaliyyət prosesində aidiyyəti dövlət qurumları və biznes assosiasiyaları, sahibkarlıq subyektləri ilə birgə yaradılan qarşılıqlı əməkdaşlıq formatının nəticələri barədə təqdimatın həyata keçirilməsi nəzərdə tutulur.

    Tədbirdə Dövlət Vergi Xidmətinin rəis müavinləri Samirə Musayeva və İlkin Vəliyev, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev və digər rəsmi şəxslər, eləcə də ekspertlər iştirak edirlər.

    #Vergi Məcəlləsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 21:19

    Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

    22 Avqust 2026 18:36

    Daşkənddə Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 14:57

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana arpa göndəriləcək

    21 Avqust 2026 10:14

    AİH-in idarəetməsində olan dövlət şirkətlərindən rekord göstəricilər: Mənfəət və ixrac kəskin artıb

    21 Avqust 2026 10:05

    "Saudi Arabian Chevron" və "Kuwait Gulf Oil Company" birgə satınalma tenderləri elan edib

    20 Avqust 2026 14:00

    Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

    10 İyul 2026 18:55

    Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri barədə qaydalar təsdiqlənib

    25 İyun 2026 18:59

    Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb

    1 Yanvar 2026 11:05

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib

    10 Dekabr 2025 20:28

    Media subyektləri üçün vergi güzəştinin müddəti artırılır

    23 Oktyabr 2025 15:52

    Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başladı

    3 İyun 2025 12:11
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.