Suriyanın Xarici İşlər naziri Əsəd Həsən əş-Şeybani cümə axşamı günü bildirib ki, Pakistanın vasitəçiliyi ilə Dəməşq və Tehran arasında münasibətlərin bərpasına nail olmaq üçün İran ilk növbədə Suriyaya və onun xalqına qarşı törətdiklərini etiraf etməlidir. Şeybani bu fikirləri İranın yaxın müttəfiqi olan Bəşşar Əsəd rejiminin 2024-cü ilin dekabrında süqutundan sonra Pakistana etdiyi ilk rəsmi səfəri çərçivəsində İslamabadda jurnalistlərə açıqlamasında səsləndirib.
#Məkkə Birgə Müdafiə Anlaşması
Pakistanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Asim İftixar Əhməd Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanmış yeni üçtərəfli müdafiə sazişini "son həftələrin ən mühüm hadisələrindən biri" kimi dəyərləndirib. Diplomat bildirib ki, bu sənəd regional təhlükəsizlik əməkdaşlığında tarixi bir mərhələni təşkil edir.
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan üçtərəfli “Məkkə Birgə Müdafiə Anlaşması”nın Suriyanın təhlükəsizlik, iqtisadiyyat və yenidənqurma prosesinə yeni imkanlar yarada biləcəyi bildirilir. Analitiklərin fikrincə, Ankara və Ər-Riyadın Suriya ilə bağlı mövqelərindəki yaxınlıq yeni regional təhlükəsizlik mexanizminin Dəməşq üçün də əhəmiyyətini artırır.