#Türkiyədə əcnəbilərin sayı

Türkiyənin Daxili İşlər Nazirliyi yanında Miqrasiya İdarəsi Başqanlığı 2026-cı il iyulun 30-na olan yaşayış icazəsi ilə ölkədə olan əcnəbilərin statistik məlumatlarını açıqlayıb. Məlumatlara əsasən, Türkiyədə yaşayış icazəsi ilə qalan xarici vətəndaşların sayı 1 milyon 261 min 239 nəfərə çatıb. Statistik göstəricilər son illərdə Türkiyədə yaşayan əcnəbilərin sayında yenidən artım tendensiyasının müşahidə edildiyini göstərir. Belə ki, yaşayış icazəsi ilə ölkədə olan əcnəbilərin sayı 2022-ci ildə 1 milyon 354 min 94 nəfərlə rekord həddə çatdıqdan sonra 2024-cü ildə 1 milyon 56 min 632 nəfərə qədər azalıb. 2025-ci ildən etibarən isə göstərici yenidən yüksəlməyə başlayıb.