#Ukrayna

İsveçin Stokholm Universiteti Türkiyənin müdafiə sənayesindəki yüksəlişi və Avropa təhlükəsizlik arxitekturasındakı potensial rolu ilə bağlı yeni hesabat dərc edib. Paul T. Levin və Minna Ålander tərəfindən hazırlanan sənəd “İsveç və Finlandiyanın Türkiyənin Avropa Təhlükəsizliyindəki Roluna dair Qavrayışları” başlığı ilə təqdim olunub. Hesabatda Avropa İttifaqının üzləşdiyi problemlər, Ukrayna müharibəsi fonunda təhlükəsizlik arxitekturasındakı dəyişikliklər və Türkiyənin bu nizamda strateji mövqeyi ətraflı şəkildə təhlil olunub. Müəlliflər qeyd ediblər ki, ABŞ-ın müttəfiq kimi artan etibarsızlığı fonunda Türkiyə Avropada hərbi və təhlükəsizlik əməkdaşlığı üçün etibarlı tərəfdaş qismində önə çıxır.

ABŞ prezidenti Donald Tramp bildirib ki, iki həftə ərzində Ukrayna münaqişəsi ilə bağlı ya yeni sanksiyalar və rüsumlar tətbiq edə, ya da ümumiyyətlə heç bir addım atmaya bilər. Trampdan ABŞ-ın iki həftə sonra Rusiyaya və Ukraynadakı münaqişəyə yanaşmasını dəyişməyə hazır olub-olmaması barədə sual veriləndə, o cavabında gələcək addımlar barədə qərar qəbul edəcəyini bildirib. “Bu, çox mühüm qərar olacaq: ya ciddi sanksiyalar tətbiq ediləcək, ya rüsumlar, ya hər ikisi, yaxud da ümumiyyətlə heç nə etməyəcəyik və deyəcəyik ki, ‘bu, sizin müharibənizdir’,” – deyə, ABŞ prezidenti vurğulayıb.

Ölkədə nasist keçmişi səbəbindən hərbi müdaxiləyə qarşı həssaslıq qalır və bu, Bundestaqda belə bir qətnamənin qəbul edilməsini çətinləşdirir. Radikal sağçı Alternativ für Deutschland (AfD) partiyasının lideri Alice Weidel planı “təhlükəli və məsuliyyətsiz” adlandırıb, CDU-nun xarici işlər naziri Johann Wadephul isə qoşun yeridilməsinin Almaniyaya gərginlik yaradacağını vurğulayıb. Almaniyada keçirilən sorğular göstərir ki, əhalinin 49 faizi qoşun göndərilməsini dəstəkləyir, 45 faizi isə əleyhinədir. Merzin koalisiya tərəfdaşı Sosial Demokratlar (SPD) isə Ukraynaya qoşun yeritməyə qarşıdır.

Trampın sözçüsü Kerolin Levitt isə bildirib ki, ABŞ təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynanı havadan dəstəkləyə bilər. Onun sözlərinə görə, yüksək dəqiqlikli görüntülərin əldə edilməsi üçün ABŞ pilotlarının patrul uçuşları istisna olunmur, lakin əsas diqqət pilotsuz uçuş aparatlarına yönəlib.

ABŞ-ın vitse-prezidenti JD Vance Fox News-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması razılığı əldə edilərsə, Avropa ölkələri Ukraynanın təhlükəsizliyində “ən böyük payı” öz üzərinə götürməlidir. Vance Avropanın Kiyevə yaxınlığı və təhlükəsizlik maraqları nəzərə alınaraq əsas məsuliyyət daşıdığını vurğulayıb. O, ABŞ-ın lazım gələrsə müharibəni dayandırmaq üçün kömək etməyə hazır olduğunu, lakin Avropanın “aparıcı rol” almasını gözlədiklərini qeyd edib.

Bir gün əvvəl, 20 avqustda, Ukrayna qüvvələrinin Krım sahillərinə desant çıxarma cəhdi də qeydə alınıb. Rusiya hərbi qurumlarının bildirdiyinə görə, Ukrayna katerlərlə yarımadaya yaxınlaşmağa çalışıb, lakin məhv edilib. Həmin əməliyyat kamikadze tipli FVP dronlarının və kəşfiyyat məqsədli PUA-ların dəstəyi ilə həyata keçirilib. Onlardan biri Türkiyə istehsalı Bayraktar olub.