Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna Viktor Orbanla və ya onsuz Avropa İttifaqının üzvü olacaq. Zelenskinin sözlərinə görə, Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olma prosesini ləngidən yeganə lider kimi tarixə düşəcək.
#Ukrayna
İtaliya müdafiə naziri Crosetto açıqlamasında NATO və Avropa İttifaqı çərçivəsində iki ölkənin uzunmüddətli əməkdaşlığına diqqət çəkərək, “Heç bir ölkə Ukraynadan Yaxın Şərqə, Afrikadan Balkanlara qədər uzanan böhran və təhlükələrə təkbaşına cavab verə bilməz. Əsas məsələ ortaq dəyərləri ortaq qabiliyyətlərə çevirməkdir. Bu, kollektiv təhlükəsizlik və regional sabitliyin təminində vacibdir”,- deyə o bildirib.
Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukrayna müharibəsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə mesaj ünvanlayıb. Onun sözlərinə görə, London müharibə davam etdiyi müddətdə Kiyevə dəstəyini gücləndirərək davam etdirəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-da keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüşdüyünü açıqlayıb. Zelenski, Telegram hesabında yayımladığı paylaşımda görüş zamanı Ukrayna və Suriyaya yönələn təhlükəsizlik təhdidlərinin, bu təhdidlərə qarşı birgə mübarizə yollarının və iki ölkə arasındakı əməkdaşlığın müzakirə edildiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. ABŞ 2019-cu ildə Türkiyəni Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığına görə F-35 proqramından çıxarmışdı. Vaşinqton bu alımın F-35 texnologiyasının Moskvaya ötürülməsi riskini daşıdığını bildirmişdi.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ dövlət katibi Marko Rubio tərəfindən təşkil olunmuş Transatlantik şam yeməyində iştirak ediblər.Tədbirə eyni zamanda onların Avropa İttifaqı və NATO ölkələrindən olan həmkarları, eləcə də İsveçrə və Ukraynanın xarici işlər nazirliklərinin rəhbərləri qatılıblar.
Türkiyə, 2025-ci ilin yanvar–avqust aylarını əhatə edən dövrdə, ümumilikdə 18,5 milyard dollarlıq texniki avadanlıq ixracı həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 0,3 faiz artım deməkdir. Avqust ayında isə ixracat vahidi qiymətləri 8,3 dollara qalxıb. Lakin miqdar baxımından 12,3 faizlik azalma nəticəsində, texniki avadanlıq ixracı ötən ilin eyni ayına görə 3,4 faiz geriləyib. Bununla belə, son 12 aylıq dövrdə ümumi ixrac həcmi 28,3 milyard dollar səviyyəsində sabit qalıb.
Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin (MI6) rəhbəri Riçard Mur bu gün, cümə günü bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh danışıqlarına maraq göstərdiyinə dair “heç bir dəlil” yoxdur. Mur bu fikirləri İstanbulda çıxış edərkən səsləndirib. Onun çıxışı zamanı Britaniya kəşfiyyatının “qara internetdən” (dark web) istifadə etməklə Rusiya və digər ölkələrdə yeni agentlər cəlb etmək və gizli məlumatlar toplamaq planlarını açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinə müraciət edib. AzerVoice xəbər verir ki, dövlət başçısı Avropa ölkələrinə səslənərək vurğulayıb ki, yalnız sanksiyalar Rusiyanın başladığı müharibəni dayandıra bilər.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinə qarşı səbri tükənir və Ukrayna müharibəsi fonunda sanksiyalar tətbiq edə bilər. Tramp bununla yanaşı, Kiyevin də müəyyən güzəştlərə getməsinin vacibliyini vurğulayıb. O, hər iki tərəfin razılaşmaya nail olmaq üçün töhfə verməsinin önəmini qeyd edib. “Putin razılaşmaq istəyəndə [Ukrayna Prezidenti Volodimir] Zelenski istəmədi. Zelenski istəyəndə isə Putin istəmədi. İndi Zelenski razıdır, amma Putinin mövqeyi sual altındadır. Biz çox sərt addımlar atmağa məcbur olacağıq”, – Tramp bildirib.
Polşa Silahlı Qüvvələri Rusiya ordusunun Ukraynaya hücumu zamanı Polşa hava məkanına daxil olan çoxsaylı pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb. Baş nazir Donald Tusk açıqlamasında, Rusiyanın Ukraynanın Polşa sərhədinə yaxın bölgələrinə hücumu zamanı Polşa hava məkanında “çoxsaylı pozuntular” qeydə alındığını və cavab əməliyyatının davam etdiyini bildirib
Azərbaycan milli futbol komandası bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 20:00-da start götürəcək. Matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.