Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb. Bildirilib ki, AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
#Ukrayna
Antalya, ilin 8 ayı ərzində hava yolu ilə gələn 11 milyon 702 min 733 xarici turisti qəbul edib. Antalya avqust ayında keçən ilin eyni dövrü ilə müqayisədə 37 min 953 nəfər artımla 2 milyon 711 min 395 turisti qarşılayıb. Bu dövrdə şəhərə ən çox turist göndərən ölkələr sırasında Rusiya birinci, Almaniya ikinci, Böyük Britaniya isə üçüncü yerdə qərarlaşıb. İngiltərənin ardından Polşa, Rumıniya, Qazaxıstan, Ukrayna, Hollandiya, Çexiya və Slovakiya gəlir.
İspaniya xarici işlər naziri Xose Manuel Albares, Anadolu Agentliyinə (AA) verdiyi müsahibədə Avropa İttifaqının həm Qəzzada, həm də Ukraynada mövqeyini dəyərləndirib. Albares bildirib ki, Aİ İsrailin Qəzzaya hücumunu dayandırmaq üçün indiyədək çox az addım atıb və bu prosesdə gecikib. “İndiyədək gördüyümüz kimi, yalnız mənəvi mövqe və bəyanatlar, Qəzzada hərbi məqsəd daşımayan, sırf mülki əhaliyə dağıntı və əzab gətirən İsrail hücumlarını dayandırmağa kifayət etmədi. Artıq Aİ-nin real hərəkətə keçmə vaxtıdır.”-deyə o bildirib. Nazir həmçinin, Türkiyə XİN rəhbəri Hakan Fidanla sıx təmasda olduqlarını və Qəzzadakı vəziyyətin yaxşılaşdırılması yollarını tez-tez müzakirə etdiklərini vurğulayıb.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, “İstəklilər koalisasiyası”nın 26 üzv dövləti atəşkəs çərçivəsində Ukraynaya təhlükəsizlik qüvvələri yerləşdirməyi öhdəsinə götürüb. Makron ABŞ-ın, Ukraynanın, Avropa ölkələrinin və Koalisiya üzvlərinin Rusiya-Ukrayna müharibəsində sülhün tərəfdarı olduqlarını vurğulayıb. “Rusiya 2022-ci ildə müharibəni seçən yeganə ölkə idi. Necə ki, 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə isə Krım və Donbasda eyni addımı atmışdı. Rusiya bu gün də müharibəni davam etdirməyi, bəzən isə tərəfdaşların üstüörtülü razılığı ilə onu daha da şiddətləndirməyi seçən ölkədir” – deyə, o qeyd edib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək dəvətini rədd edib. Zelenski bu barədə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb. Onun sözlərinə görə, dəvət barədə məlumatı ona ABŞ-dakı tərəfdaşları çatdırıblar. Zelenski bir daha Kiyev üçün təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayaraq bunun ayrılmaz hissəsinin Ukrayna ordusu olduğunu bildirib. O, bunun üçün silah, maliyyə və hərbi təlimin zəruri olduğunu qeyd edib. Prezident əlavə edib ki, Parisdə “istəklilər koalisiyası” çərçivəsində aparılan danışıqların yekununda iştirakçılar Ukrayna ərazisində müəyyən mövcudluq yaratmaq barədə razılığa gəliblər. Bundan əvvəl Makron 26 ölkənin atəşkəsdən sonra Ukraynaya dəstək qüvvələri yerləşdirməyi rəsmən öhdəsinə götürdüyünü açıqlamışdı.
Böyük Britaniya hökuməti Ukraynaya göstərilən hərbi dəstəyin bir hissəsinin Rusiyanın dondurulmuş aktivləri hesabına maliyyələşdirildiyini açıqlayıb. Londondan verilən məlumata görə, bu yolla 1 milyard funt sterlinqdən çox hərbi yardım təmin edilib. Rəsmi açıqlamaya əsasən, ayrılan vəsait hesabına sursat, pilotsuz uçuş aparatları, radio-elektron mübarizə sistemləri, müxtəlif silahlar və texnika alınıb. Müdafiə naziri Con Hili bildirib ki, maliyyələşmə “Extraordinary Revenue Acceleration” proqramı vasitəsilə həyata keçirilir və bu proqram dondurulmuş aktivlərdən əldə edilən gəlirlərlə təmin olunur.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş imkanını heç vaxt istisna etməyib. Lakin o, belə görüşlərin məqsədəuyğunluğunu şübhə altına alıb. Putin bu barədə Çinə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.
Ukrayna Donbasdan qoşunlarını çıxarmayacaq, çünki bu bölgə Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttinin mühüm hissəsidir.
Almaniya Baş naziri Fridrix Merts, ölkəsinin Ukraynaya hərbi qüvvə göndərməsi ilə bağlı müzakirələrə son nöqtəni qoyaraq, atəşkəs təmin olunana qədər Ukraynaya alman əsgərlərinin göndərilməyəcəyini bəyan edib. Merts bəyan edib ki, hazırda Ukraynanın müttəfiqləri arasında atəşkəs və sülh sazişindən sonrakı mərhələyə dair təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar davam edir.
Məlumata görə, hərbi yerləşdirmə planı Avropa komandanlığı altında fəaliyyət göstərəcək on minlərlə hərbçinin, komanda və nəzarət sistemlərinin, müşahidə və kəşfiyyat elementlərinin cəlb olunmasını nəzərdə tutur. Bu razılaşma Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri arasında keçən ay keçirilən görüşdə əldə edilib. Bundan əlavə, məsələdən xəbərdar olan üç diplomata istinadən bildirilir ki, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri Key Starmer, NATO-nun baş katibi Mark Rutte və Ursula von der Leyen kimi Avropa liderləri Ukrayna məsələsini müzakirə etmək üçün Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə cümə axşamı Parisdə görüşəcəklər.
Rusiya Prezidenti Vladimir Putin Ukraynada davam edən münaqişənin əsas səbəblərindən birinin Qərb ölkələrinin Kiyevi NATO-ya cəlb etmək cəhdləri olduğunu bəyan edib. Onun sözlərinə görə, illərdir davam edən bu siyasət Moskvanın milli təhlükəsizliyi üçün birbaşa təhdid yaradıb.
Avropanın aparıcı ölkələrinin liderləri, NATO rəhbərliyi və Avropa Komissiyasının sədri Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək üçün sentyabrın 4-də Parisdə toplaşacaqlar. Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçiriləcək görüşdə Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak edəcəklər. Tərəflər Ukraynanın təhlükəsizliyi ilə bağlı təminatların müzakirəsini davam etdirəcəklər.