#Üzeyir Mehdizadə

Musiqi hər hansı bir vizaya, tərcüməçiyə ehtiyac duymadan xalqların qəlbinə yol tapan yeganə bəşəri dildir. Şərq dünyasının musiqi xəritəsinə nəzər saldıqda, Azərbaycanın unikal melodiyalarının, ritmlərinin və bəstəkarlıq məktəbinin Yaxın Şərqdən Körfəz ölkələrinə qədər uzanan nəhəng bir coğrafiyada dərin izlər qoyduğunu görmək mümkündür.