#Şərq və Azərbaycan musiqi mədəniyyətləri

Son illər Azərbaycanın musiqi məkanında, kütləvi şənliklərdə və xüsusilə sosial şəbəkələrin yerli seqmentində ərəb musiqisinə olan maraq kəskin şəkildə artıb. Aparılan müşahidələr və rəqəmsal platformaların statistik təhlili göstərir ki, dil fərqinə baxmayaraq, bəzi ərəb bəstələri ölkəmizdə trendə çevrilərək uzun illərdir öz populyarlığını itirmir.