Nolan klassik mifologiyanı sadəcə macəra filmi kimi təqdim etmir. Rejissor Odisseyin səyahətini müharibədən qayıdan insanın psixoloji travması, ailəsinə dönüş arzusu və insanın öz kimliyini yenidən tapmaq mübarizəsi kimi təqdim edir. Bu yanaşma filmin emosional dərinliyini əhəmiyyətli dərəcədə artırır.