Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dirk Lölkeni qəbul edib. Səfir etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib. Görüşdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və yaşıl enerji sahələrində əməkdaşlıq müzakirə olunub. Tərəflər Prezident İlham Əliyevin Almaniyaya son səfərinin münasibətlərə yeni təkan verdiyini bildiriblər. Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının əhəmiyyəti vurğulanıb. Görüşdə regional təhlükəsizlik və Azərbaycan-Ermənistan normallaşma prosesi də müzakirə edilib. Nazir postmünaqişə dövründə Cənubi Qafqazdakı vəziyyət barədə Almaniya tərəfini məlumatlandırıb.