#Van Syaohun

Çin və ABŞ hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib. Pekində keçirilən görüşdə Van Syaohun və FTB direktoru Kaş Patel birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Görüş iki ölkə arasında son repatriasiya hallarından sonra baş tutub. Tərəflər narkotiklərlə mübarizə, kiberdələduzluq və çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərdiklərini bildiriblər. Çin ağır cinayətlərdə axtarılan ABŞ vətəndaşını Amerika tərəfinə təhvil verdiyini açıqlayıb. Rəsmi Pekin bu əməkdaşlığın Donald Tramp və Si Cinpinin razılaşmalarına əsaslandığını bildirib. Hər iki tərəf dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.