#Kərim Xan kimdir və hansı qərarlarla tanınır

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan həm Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı həbs orderlərinin əldə edilməsindəki rolu, həm də məhkəmə daxilində yaranan qalmaqallarla gündəmə gəlib. 56 yaşlı britaniyalı hüquqşünas beynəlxalq cinayətlərin araşdırılmasında dəqiqlik və sübutlara əsaslanan yanaşması ilə tanınır. Lakin hazırda o, özü haqqında irəli sürülən cinsi zorakılıq iddiaları ilə bağlı araşdırma ilə üz-üzədir.