#ABŞ və İran arasında yeni gərginlik səbəbi nədir

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərə və yük daşımalarına dəyəcək mümkün zərərlərin İranın ABŞ-da dondurulmuş vəsaitləri hesabına qarşılanacağını bildirib. Tramp sosial media hesabında İranla bağlı açıqlama verərək, növbəti açıqlamaya qədər Hörmüz boğazından keçən gəmilər və yüklərlə bağlı yaranacaq hər hansı zərərin ABŞ-ın nəzarətində olan İran vəsaitləri hesabına ödəniləcəyini qeyd edib.