#Roman Koneçni

Azərbaycan və Slovakiya hökumətləri məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsinə dair saziş imzalayıblar. Sənəd Slovakiya Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin Azərbaycana səfəri çərçivəsində imzalanıb. Nümayəndə heyəti DTX rəisi Əli Nağıyevlə görüş keçirib. Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran aktual məsələlər də nəzərdən keçirilib. İmzalanan saziş məxfi məlumatların qorunması üzrə hüquqi əsasları möhkəmləndirəcək. Sənəd iki ölkə arasında təhlükəsizlik əməkdaşlığının genişlənməsinə xidmət edəcək.