#Liverpool

Liverpul klubu bu yay Aleksander İsakı transfer etmək üçün 130 milyon funt-sterlinqdən (175 milyon dollar) çox dəyərində təklif hazırlayır. Nyukasl rəhbərliyi isveçli hücumçunu satmaq niyyətində olmadığını dəfələrlə vurğulayıb və 150 milyon funt-sterlinqdən aşağı təklifləri qəbul etməyəcəklərini bildiriblər. Liverpul isə bu məbləği ödəməyə razı deyil.

İsrailin Qəzzaya qarşı hücumları davam edərkən, UEFA-nın bu ölkəyə münasibətdə “ikili standart” sərgilədiyi iddiaları yenidən gündəmə gəlib. Daha əvvəl İsrailin hücumları zamanı həlak olan Fələstin millisinin sabiq futbolçusu, “Fələstinli Pele” ləqəbli Süleyman Əl-Obaidlə bağlı başsağlığı mesajında İsrailin adını çəkməyən UEFA, bu dəfə də Superkubok matçı öncəsi nümayiş etdirilən pankartlardan İsrailə istinad etməyib.

“Kristal Pelas” klubu İngiltərə Superkuboku matçında penaltilər seriyasında “Liverpul”u məğlub edib. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. “Kristal Pelas”ın heyətində Jan-Filipp Mateta (17-ci dəqiqə, penalti) və İsmaila Sarr (77) fərqləniblər. “Liverpul”un qollarını Uqo Ekitike (4) və Ceremi Frimponq (21) vurub. Penaltilərdə “Kristal Pelas” 3:2 hesabı ilə üstün olub.

Rodriqo baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında oyun imkanlarının azalmasına baxmayaraq, Real Madriddən ayrılmaq niyyətində deyil. Braziliyalı ulduz yeni mövsümdə start onbirlikdəki yerini bərpa etmək üçün mübarizə aparmaq əzmindədir. Xəbərdə Real Madrid rəhbərliyinin futbolçunu satmaq niyyətində olmadığı, ancaq ən azı 90 milyon avroluq təklif alınacağı təqdirdə transferi nəzərdən keçirəcəyi qeyd edilib.

İngiltərənin Liverpul klubu kolumbiyalı hücumçu Luis Diazin Almaniyanın Bavariya klubuna mümkün transferi fonunda İspaniyanın Real Madrid komandasının braziliyalı ulduzu Rodriqonun xidmətində ciddi şəkildə maraqlanır.