İsrailin Mərkəzi Qəzzadakı əl-Zəhra bölgəsinə hava zərbəsi endirdiyi bildirilir. Hücum nəticəsində iki fələstinlinin öldüyü və bir neçə nəfərin yaralandığı açıqlanıb. Zərbə mülki avtomobilə dəyib. Həlak olanların cəsədləri xəstəxanaya aparılıb. Mülki müdafiə qüvvələri avtomobildə yaranan yanğını söndürüblər. Fələstin mənbələri atəşkəs elanından sonra da itkilərin davam etdiyini bildirir. Bölgədə humanitar və təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.