İran Energetika Nazirliyi vətəndaşları elektrik enerjisinə qənaət etməyə çağırıb. Nazirlik bunu ölkənin cənubunda enerji infrastrukturuna endirilən ABŞ hücumları və yüksək hava temperaturu ilə əlaqələndirib. Bildirilib ki, elektrik şəbəkəsi əlavə yüklənmə ilə üzləşib. Vətəndaşlara enerji istehlakını azaltmaq tövsiyə olunub. Nazirlik hücumların konkret hansı enerji obyektlərini hədəf aldığını açıqlamayıb. Elektrik stansiyaları, ötürücü xətlər və ya digər avadanlıqlarla bağlı detallara yer verilməyib. ABŞ tərəfi İranın bu açıqlamalarını hələlik şərh etməyib. Hadisə ilə bağlı müstəqil təsdiqləyici məlumat da açıqlanmayıb.