#Co Roqan

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İsrail hökumətindəki bəzi şəxsləri İranla bağlı diplomatik razılaşmaya qarşı ABŞ ictimai rəyinə təsir göstərməyə çalışmaqda ittiham edib. O, bu fikirləri Co Roqanın podkastına müsahibəsində səsləndirib. Vens ABŞ ilə İran arasında ötən ay əldə olunmuş razılaşmanı müdafiə edib. Onun sözlərinə görə, İsrail hökumətindəki bəzi şəxslər hərbi əməliyyatların davam etməsini istədikləri üçün Vaşinqtonun siyasətini dəyişməyə çalışıblar. Bu açıqlamalar ABŞ rəhbərliyi tərəfindən İsrailə ünvanlanan ən sərt bəyanatlardan biri hesab olunur. İsrail hökuməti hələlik ittihamlara cavab verməyib. Mövzu iki ölkə arasında İran siyasəti ilə bağlı fikir ayrılıqları fonunda gündəmə gəlib. Hadisə Vaşinqton və Təl-Əviv arasında münasibətlərə dair müzakirələri daha da gücləndirib.