#Marion Cotillard

Hekayə 1942-ci ildə Şimali Afrikada — Kasablankanın qum təpələri arasında başlayır. Kanadalı kəşfiyyat zabiti Maks Vatan (Brad Pitt) Almaniya səfirini öldürmək üçün təşkil edilən gizli missiyada fransız müqavimət döyüşçüsü Marianna Bozeşur (Marion Cotillard) ilə müttəfiq (ər-arvad) rolunu oynamalı olur. Bu təhlükəli və ölümcül missiya zamanı saxta evlilik oyunu real hisslərə yol açır və onlar bir-birlərinə aşiq olurlar.