#dəniz nəzarət qülləsi

ABŞ ordusu İranın Çabahar şəhərində yerləşən dəniz nəzarət qülləsini hədəfə alıb. Hücum ABŞ-ın İrana qarşı növbəti gündüz əməliyyatları zamanı həyata keçirilib. ABŞ Mərkəzi Komandanlığı gecə saatlarında da onlarla hərbi obyektə zərbələr endirdiyini bildirib. Əməliyyatların gündüz saatlarında davam etdirilməsi hərbi fəaliyyətin intensivləşdiyini göstərən addım kimi qiymətləndirilir. ABŞ vurulan obyektin İranın dəniz fəaliyyətinə nəzarət sisteminin tərkib hissəsi olduğunu açıqlayıb. Hadisə nəticəsində dəymiş ziyan və mümkün itkilərlə bağlı məlumat verilməyib. İran tərəfi hücum barədə hələlik rəsmi münasibət bildirməyib. Bölgədə hərbi gərginlik yüksək səviyyədə qalmaqda davam edir.