#Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi aviaşirkətlərə Körfəz regionunda bir sıra hava məkanlarından istifadə etməmək barədə xəbərdarlıq edib. Tövsiyə Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman körfəzi yaxınlığındakı ərazilərə aiddir. Agentlik hərbi qarşıdurma riskinin mülki uçuşlar üçün təhlükə yaratdığını bildirib. Raketlər, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin istifadəsi əsas risklər arasında göstərilib. Daha əvvəl İran, İraq və Livanın hava məkanları ilə bağlı da oxşar xəbərdarlıqlar verilib. Bölgədəki gərginlik beynəlxalq aviasiya marşrutlarına təsir edir. Aviaşirkətlər təhlükəsizlik səbəbindən uçuş planlarını yenidən nəzərdən keçirirlər.