Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada yerləşən “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzini ziyarət edib. O, Qırğızıstanın birinci xanımı Ayqul Japarova və Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva ilə birlikdə mərkəzin fəaliyyəti ilə tanış olub. Müəssisə 2022-ci ilin may ayından fəaliyyət göstərir. Mərkəzdə 800 çarpayılıq 136 otaq mövcuddur. Yay aylarında burada hər il 8-8,5 min uşaq istirahət edir. Tədris ili ərzində isə əlilliyi olan uşaqlar reabilitasiya xidmətlərindən yararlanırlar. Qonaqlara mərkəzin imkanları və fəaliyyəti barədə məlumat təqdim olunub.