Özbəkistanda keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumu İslam dünyasının elmi, mədəni və mənəvi irsinin qorunmasına həsr olunub. Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayımkulova çıxış edərək İslam və Türk sivilizasiyalarının bəşəriyyətin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb. O, Özbəkistanın sivilizasiyalararası dialoq sahəsində mühüm mövqeyə malik olduğunu vurğulayıb. Çıxış zamanı Fondun beynəlxalq təşkilatlarla həyata keçirdiyi əməkdaşlıq layihələri barədə də məlumat verilib. Forum çərçivəsində mədəni irsin qorunması, maarifçilik və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri geniş müzakirə olunur. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu alimlər və ekspertlər tədbirdə iştirak edərək fikir mübadiləsi aparırlar. Forumun İslam sivilizasiyasının zəngin irsinin gələcək nəsillərə çatdırılmasına və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.