#NATO 2026

NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən NATO Zirvəsi çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda alyansın ilk mühüm qərarını açıqlayıb. Baş katib bildirib ki, NATO müttəfiqləri hava nəqliyyatı imkanlarını gücləndirmək məqsədilə Airbus şirkətindən 12 ədəd A400M hərbi nəqliyyat təyyarəsi əldə edəcəklər.

NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı iyulun 7-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə işə başlayıb. İki gün davam edəcək sammitdə ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla alyansa üzv 31 ölkənin lideri, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edir.

Ankarada keçiriləcək NATO-nun 36-cı Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında gözlənilən görüş alyansın gələcəyi və regional təhlükəsizlik baxımından ən mühüm hadisələrdən biri hesab olunur. Görüşdə ikitərəfli münasibətlərdən tutmuş Ukrayna müharibəsi, İran məsələsi və müdafiə sənayesi əməkdaşlığına qədər bir sıra strateji mövzuların müzakirə ediləcəyi gözlənilir.