Cənubi Koreya Prezidenti Li Ce Myon Koreya yarımadasında davamlı sülhün təmin edilməsi üçün Şimali Koreya ilə dialoqun bərpa edilməsinə çağırıb. O, 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsini rəsmən başa çatdıracaq sülh sazişinin imzalanması və hazırkı atəşkəs rejiminin davamlı sülh mexanizmi ilə əvəzlənməsi üçün Şimali Koreya və digər maraqlı tərəflər arasında müzakirələrin keçirilməsinə çağırıb.
#Li Ce Myon
Cənubi Koreya Prezidenti Li Ce Myon NATO müttəfiqləri ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək istədiyini bildirib. O, Ankarada keçirilən NATO Zirvə Toplantısının Müdafiə Sənayesi Forumunda çıxış edərək elmi-tədqiqat, qabaqcıl texnologiyalar və silah istehsalı sahələrində birgə fəaliyyətin vacibliyini vurğulayıb. Li Ce Myon mövcud əməkdaşlığın “Cənubi Koreya-NATO müdafiə sənayesi tərəfdaşlığı 2.0” səviyyəsinə yüksəldilməsini təklif edib. Onun sözlərinə görə, yeni əməkdaşlıq yalnız silah mübadiləsini deyil, həm də birgə tədqiqat, istehsal və istismar proseslərini əhatə etməlidir. Cənubi Koreya Prezidenti ölkəsinin sabit istehsal gücünün və təsdiqlənmiş texnologiyalarının NATO təcrübəsi ilə birləşməsinin hər iki tərəfin müdafiə imkanlarını artıracağını deyib. O, Cənubi Koreyanı NATO üzvləri üçün etibarlı tərəfdaş kimi təqdim edib. Bu təşəbbüs müdafiə sənayesində yeni əməkdaşlıq imkanları baxımından diqqət çəkir.
NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları iyulun 7-8-də Ankarada keçiriləcək sammitdə bir araya gələcəklər. Toplantının əsas müzakirə mövzuları müdafiə xərclərinin artırılması, alyansın hərbi sənaye potensialının gücləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və Yaxın Şərqdəki son hadisələrin regional təhlükəsizliyə təsiri olacaq.